13 May, 2025 - 09:58
99
13 may saat 11:00-dan ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinə başlanılıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, sənəd qəbulu prosesi elektron qaydada portal.edu.az vasitəsilə həyata keçirilir.
Sənəd qəbulu 2 iyun tarixində başa çatacaq.
Doktoranturaya sənəd qəbuluna dair ən çox soruşulan suallar və cavabları ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz:
https://edu.gov.az/uploads/Ali-tehsil/2025/dokturantura-qebul-telimat.pdf
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb