Elektrik dispetçeri vəzifəsi üzrə hazırlıq kursuna qəbul elan edilir.
Əsas tələblər:
mühəndis-elektrik ixtisası üzrə ali təhsil;
24-35 yaş arası kişi və qadınlar;
hərbi bilet (kişi namizədlər üçün yararlılıq kateqoriyası ilə);
1 ildən artıq iş təcrübəsi olanlara üstünlük veriləcək.
Seçim bir neçə mərhələdə olmaqla, məntiq və peşə hazırlığı testləri, müsahibə yolu ilə aparılacaq.
Tədris prosesinin 12-14 ay davam etməsi nəzərdə tutulub.
Qoşulmaq istəyənlər http://metro.gov.az/az/page/karyera/elektron-erize linkində elektron müraciət formasını doldurmalıdırlar.
Elektron ərizələr yalnız avqust ayının 26-dan sentyabr ayının 5-nə qədər qəbul edilir.
Ərizə forması doldurularkən, “işləmək istədiyiniz işin adı” xanasına, mütləq qaydada, “elektrik dispetçeri” qeyd olunmalıdır.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb