Bazar ertəsi, 12 May, 2025

DİM (PMS) imtahan materiallarının hazırlanması məqsədilə mütəxəssisləri işə dəvət edir


  • Dərc edildi: 29 Avqust, 2022 - 06:33
DİM (PMS) imtahan materiallarının  hazırlanması məqsədilə mütəxəssisləri işə dəvət edir

Müqaviləçi-mütəxəssis PMS üzrə imtahanlarda istifadə ediləcək test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının hazırlanması üçün aşağıda qeyd olunan funksiyalardan birini və ya bir neçəsini yerinə yetirməlidir:

-       sifariş əsasında test tapşırıqlarını və digər yoxlama-ölçmə materiallarını tərtib etmək;

-       test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının ekspertizasını həyata keçirmək;

-       yazı işlərinin yoxlanılması prosesində iştirak etmək;

-       sualların yazılması və yoxlanılması ilə əlaqədar digər zəruri tədbirlərin icrasında iştirak etmək.

PMS imtahanlarında istifadə ediləcək test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının hazırlanması ilə əlaqədar görülən işlərə cəlb edilmək üçün ekspertlərin seçimində müvafiq sertifikat növü üzrə beynəlxalq və ya PMS sertifikatı olanlara, qanunvericilik haqqında bilikləri və xarici dil (ingilis dili) bilikləri olanlara üstünlük veriləcək.

Qeyd edək ki, ekspertlər sertifikat növünə uyğun standartları bilməli, "Microsoft Office" proqramlarında işləməyi bacarmalıdırlar. Həmin şəxslər test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının məxfiliyini qorumağı öhdələrinə götürməli, nəzərdə tutulan öhdəlikləri keyfiyyətlə və vaxtında yerinə yetirməlidirlər.

Müraciət edənlərin test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının tərtibi, ekspertizası sahəsində təcrübə qazanmaları üçün DİM tərəfindən müvafiq treninqlərin və praktik məşğələlərin keçirilməsi nəzərdə tutulur.

İşə götürülənin təyinatı, xidmət haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.

Bu sahəyə marağı olan şəxslər verilən CV formasını tam şəkildə dolduraraq 2022-ci il sentyabr ayının 30-dək [email protected] elektron poçt ünvanına mövzu hissəsində “PMS_elan” yazaraq göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri”nin finalı keçirilib
12 May, 2025 - 09:20 13
“Pedaqoji Universite...
I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 328
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 758
BANM-da “Açıq qapı” ...