Çərşənbə axşamı, 13 May, 2025

Ali təhsil müəssisələri arasında ilk dəfə Bakı Ali Neft Məktəbində Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb


  • Dərc edildi: 28 Mart, 2024 - 16:25
Ali təhsil müəssisələri arasında ilk dəfə Bakı Ali Neft Məktəbində Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

Ali təhsil müəssisələri arasında ilk dəfə Bakı Ali Neft Məktəbində Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb 

 

Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə olaraq Bakı Ali Neft Məktəbində SOCAR tərəfindən yaradılan Süni intellekt elmi-tədqiqat laboratoriyası istifadəyə verilib. 

 

Laboratoriya BANM-də təhsil alan magistr və doktorant tələbələrin süni-intellekt istiqamətində elmi-tədqiqat layihələrini həyata keçirməsi məqsədi ilə qurulub. Elmi-tədqiqat mərkəzində həmçinin müxtəlif startap və qrant layihələrinin də reallaşdırılması nəzərdə tutulur.

 

 Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bu laboratoriyanın gənc tədqiqatçıların gələcək inkişafı istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Vurğulayıb ki, burada Çinin müvafiq təhsil və tədqiqat qurumları ilə birgə layihələr həyata keçiriləcək. 

 

SOCAR-ın Kommunikasiya məsələləri üzrə İcraçı direktoru Aygün Hüseynova laboratoriyanın fəaliyyətinə uğurlar arzulayıb.

 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Müəllimlərin sertifikatlaşdırılma imtahanının vaxtı bəlli olub
13 May, 2025 - 09:58 90
Müəllimlərin sertifi...
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılıb
13 May, 2025 - 08:07 88
Doktorantura səviyyə...
“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri”nin finalı keçirilib
12 May, 2025 - 09:20 44
“Pedaqoji Universite...