Bazar ertəsi, 12 May, 2025

Gənclər və İdman Nazirliyi Göygöl Olimpiya İdman Kompleksinin direktor vəzifəsinə sənəd qəbulu elan edir


  • Dərc edildi: 21 İyun, 2023 - 14:09
Gənclər və İdman Nazirliyi Göygöl Olimpiya İdman Kompleksinin direktor vəzifəsinə sənəd qəbulu elan edir

Gənclər və İdman Nazirliyi Göygöl Olimpiya İdman Kompleksinin direktor vəzifəsinə sənəd qəbulu elan edir.

Təsərrüfat hesablı idman obyektinin qeyd edilən vəzifəsinə namizədlər aşağıdakı ilkin tələblərə cavab verməlidir:

- Ali təhsil;

- Minimum iş stajı 5 il;

- Yaş həddi 55 yaşadək.

Təqdim ediləcək sənədlər:

- Linkdə verilmiş (https://bit.ly/36pHHjZ) CV forması doldurulmalıdır (CV-də və “mövzu” bölməsində iddia edilən vəzifənin adı mütləq qeyd olunmalıdır, CV azərbaycan dilində tərtib edilməlidir);

- Şəxsiyyət vəsiqəsinin surəti;

- Ali təhsil haqqında diplomun surəti.

Qeyd: Öncəki müsabihələrdə iştirak edən namizədlərin müraciətinə baxılmayacaq. Eləcə də CV forması aydın şəkildə, tam doldurulmayan və qeyd edilən tələblərə cavab verməyən namizədlərin sənədlərinə baxılmayacaq.

Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət olunacaqlar. İdarəetmə və idman sahəsində iş təcrübəsi olan, eləcə də yaxın ərazilərdən müraciət edən namizədlərə üstünlük veriləcək. Müsahibə nəticələrinə uyğun olaraq yalnız seçilmiş namizədlərə bu barədə məlumat veriləcək.

Sənədlər [email protected] elektron poçt ünvanına göndərilməlidir.

Müraciət üçün son tarix: 25 iyun 2023-cü il, saat 12:00-dək

Əlavə məlumat üçün telefon: (012) 465-65-72

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri”nin finalı keçirilib
12 May, 2025 - 09:20 16
“Pedaqoji Universite...
I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 329
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 759
BANM-da “Açıq qapı” ...