İyunun 25-isaat 16:00-da Azərbaycan-Fransız UniversitetindəElektrik Mühəndisliyi Tələbələrinin Avropa Assosiasiyasının yerli bölməsi "EESTEC Baku”-nun (Eestec Observer Baku)bakalavriat və magistratura səviyyəsində təhsil tələbələr üçün məlumatlandırma sessiyası keçiriləcəkdir.
Qeyd olunan ixtisaslarda təhsil alan yerli universitetlərin tələbələri iştirak üçün müraciət edə bilərlər: elektrik və elektronika mühəndisliyi, energetika, elektroenergetika və istilik energetikası mühəndisliyi, sənaye mühəndisliyi, proseslərin avtomatlaşdırılması, kompüter elmləri, kompüter mühəndisliyi və əlaqəli ixtisaslar.
"EESTEC Baku”-ya üzv olmaq və məlumatlandırma sessiyasında iştirak etmək istəyən tələbələr 22 iyun tarixinə qədər aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb