Çərşənbə axşamı, 13 May, 2025

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində vakant yerlər üzrə növbəti qeydiyyat başlayır


  • Dərc edildi: 16 İyul, 2024 - 12:17
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində vakant yerlər üzrə növbəti qeydiyyat başlayır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində vakant yerlər üzrə növbəti qeydiyyat başlayır.

 

İdarədən "Azərbaycan müəllimi"nə bildirilib ki, iyulun 15-dən başlayan qeydiyyat prosesi iyulun 31-i saat 23:59-da başa çatacaq.

Vakant yerlər üzrə qeydiyyatda 2022-2023-cü və 2023-2024-cü tədris illərində keçirilən tərbiyəçi-müəllimlərin işə qəbul müsabiqəsinin test imtahanı və müsahibə mərhələsindən uğurla keçən, lakin bal ardıcıllığına və müvafiq müəssisə seçiminə görə yerləşdirilməsi mümkün olmayan namizədlər iştirak edə bilərlər.

Bundan əlavə, 2023-cü ildə test imtahanından 29 və daha çox bal toplayan namizədlər də qeydiyyatda iştirak edə bilərlər. Onlar növbəti müsahibə mərhələsində uğur qazanacaqları halda bal ardıcıllığına uyğun olaraq seçdikləri məktəbəqədər təhsil müəssisəsində tərbiyəçi-müəllim vəzifəsinə təyin ediləcəklər.

Namizədin üç məktəbəqədər təhsil müəssisəsi seçmək imkanı var.

Namizədlər 1 (bir) illik (ilin tamamında müddətsiz) müqavilə və ya müddətli (sosial məzuniyyət yeri üzrə) müqavilə ilə vakant yerləri seçə bilərlər. Vakant yer müddətli seçildiyi təqdirdə müvafiq müddət başa çatdıqdan sonra müqaviləyə xitam veriləcək.

Məktəbəqədər təhsil müəssisələrində vakant yerlər üzrə elanla buradan tanış ola bilərsiniz.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Müəllimlərin sertifikatlaşdırılma imtahanının vaxtı bəlli olub
13 May, 2025 - 09:58 102
Müəllimlərin sertifi...
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılıb
13 May, 2025 - 08:07 97
Doktorantura səviyyə...
“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri”nin finalı keçirilib
12 May, 2025 - 09:20 44
“Pedaqoji Universite...