“Sağlam Ailə” tibb mərkəzi Tibbi koordinator (çağrı mərkəzi) vakansiyası elan edir.
Vəzifə və öhdəliklər:
Tibbi xidmətlər üçün müraciət edən vətəndaşların qeydiyyatını aparır, pasient şikayət, istək, baxış və anamnez məlumatlarını nəzərə alaraq müayinənin həcminini və təyinatını dəqiqləşdirir, müvafiq təlimatlara uyğun qeydiyyatını aparır;
Laborator və funksional müayinələr, onlara hazırlıq və aparılma qaydaları haqqında pasiyenti məlumatlandırır;
Müraciət edən və təyinatına məsul şəxsi olmayan pasiyentin müraciət səbəbini dəqiqləşdirir, istək formalaşdırır; ixtisaslı həkimə yönləndirir;
Lazım gəldiyində pasientlərə müayinələrin seçilməsində tövsiyyələr verir və müayinə nəticələrini interpretasiya edir, nəticələrlə bağlı izahlar verir, müvafiq maarifləndirmə işi aparır;
İstəyə əsasən tibbi xidmətləri təklif edir (Qəbul həkiminə yönləndirir /Chek-up xidmətlər təklif edir / dar ixtisaslı həkimə yönləndirir).
Namizədə olan tələblər:
Tibbi təhsil;
Təcrübə tələb olunmur;
Dil biliyi: Azərbaycan dili - əla, rus dili – arzuolunandır;
Yüksək ünsiyyət qabiliyyətli, komandada işləmə bacarığı, stressə davamlılıq.
Qeyd:
İş qrafiki: həftənin 6 günü (həftəlik 40 saat);
Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
İşçi illik check up paketi ilə təmin olunur;
İşçinin ailə üzvləri və yaxın qohumları tibbi xidmətlərdə 50 faizlik endirim ilə təmin olunur.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə “Tibbi koordinator (çağrı mərkəzi)” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb