Çərşənbə axşamı, 13 May, 2025

Maliyyə bazarları üzrə tele-satış mütəxəssisi vakansiyası


  • Dərc edildi: 22 Noyabr, 2022 - 17:47
Maliyyə bazarları üzrə tele-satış mütəxəssisi vakansiyası

PAŞA Kapital İnvestisiya Şirkəti QSC namizədləri "Maliyyə bazarları üzrə tele-satış mütəxəssisi" vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Sizin rolunuz:
Siz tez bir zamanda məlumatları əldə edərək müştəri istəyi və potensialını ölçməklə onu xidmətlər üzrə doğru yönəltməyə kömək edən mütəxəssissiniz.
Siz müştərinin sorğusunu aşkar edən və müraciəti satışa çevirməyi bacaran bir mütəxəssissiniz.
Siz Şirkətimiz və müştərilərimiz arasında əsas vasitəçisiniz.

Vəzifə və öhdəliklər:
Daxil olan zənglərin vaxtında cavablandırılması və yönləndirilməsi;
Müştərilərin sorğularının cavablandırılması;
Müştərilərə İnvestisiya məhsulu və xidmətləri haqqında məlumatların verilməsi, satışın icra edilməsi;
Görülən işlə bağlı hesabatların hazırlanması;
Şirkətin məhsul və xidmətlərinin təklifi, müraciətlər üzrə satışının aparılması;
Potensial müştərilərin cəlb edilməsi;
Müştərilərə təqdim olunan məhsul və xidmətlərin təhlili;
Müştərilərdən daxil olan müraciət və problemlərə op

erativ baxılması;
Satış statistikasının təhlili.

Tələblər:
Ali təhsil; Maliyyə, İqtisadiyyat üzrə;
Səlis və aydın danışıq qabiliyyəti, yaxşı diksiya;
Təzyiq altında işləmə, yüksək ünsiyyətqurma bacarığı;
Dəqiqlik və operativlik;
Fərdi və komanda tərkibində işləmə bacarığı;
Potensial müştəri ilə ünsiyyətdə satış bacarığı;
Marjinal ticarət, həmçinin digər investisiya xidmətləri haqqında bilikləri olanlara üstünlük verilir;
Ticarət terminallarından (TradingView, Metatrader) istifadə bacarığı üstünlük hesab edilir;
Maliyyə xidmətləri sahəsində satışın psixologiyası və prinsiplərini yaxşı bilmək;
İş təcrübəsi – 1 ildən 3 ilə qədər; (investisiya xidmətləri sahəsi üzrə təcrübə üstünlük hesab edilir);
Dil bilikləri: Azərbaycan və İngilis dili - əla, Rus dili – yaxşı;
Kompüter bilikləri – MS Office.

Maraqlanan namizədlər elektron məktub başlığında “Maliyyə bazarları üzrə tele-satış mütəxəssisi” qeyd etməklə öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Müəllimlərin sertifikatlaşdırılma imtahanının vaxtı bəlli olub
13 May, 2025 - 09:58 105
Müəllimlərin sertifi...
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılıb
13 May, 2025 - 08:07 98
Doktorantura səviyyə...
“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri”nin finalı keçirilib
12 May, 2025 - 09:20 44
“Pedaqoji Universite...