Çərşənbə axşamı, 13 May, 2025

Biznes kreditlərin scoringi şöbəsində menecer vakansiyası


  • Dərc edildi: 3 Aprel, 2023 - 22:19
Biznes kreditlərin scoringi şöbəsində menecer  vakansiyası

Ümumi məlumat

 

“Kapital Bank” ASC namizədləri Biznes kreditlərin anderraytinqi departamentinin Biznes kreditlərin scoringi şöbəsində menecer vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

 

Öhdəliklər

 

  • Kredit və sənədli əməliyyatlar skorinq modellərininin təkminləşdirilməsində iştirak etmək, bu istiqamətdə təkliflər vermək;
  • Kreditləşmə prosesin qurulması, prosesin avtomatlaşdırılması üzrə işləri həyata keçirmək;
  • Kreditləşmə müddətinin ölçülməsi, bir sifariş üzrə sifarişə baxılması, təhlil, rəsmiləşmə müddətlərinin ölçülməsi istiqamətində müvafiq hesabatlıqlar qurmaq;
  • Bank əməliyyat sistemi üzrə bazaya ötürülən məlumatların əldə olunması, bu istiqamətdə hesabların hazırlanması və analizini həyata keçirmək;
  • Kreditləşmə prosesləri üzrə protokol, təhlil, memorandum və s. formaların qurulmasını, təkminləşdirilməsini həyata keçirmək;
  • Hazırlanmış hesabatların vizualizasiyasını və analizini həyata keçirmək;
  • Verilənlər bazasında SQL vasitəsi ilə mövcud cədvəllərdən məlumatların əldə edilməsi, yeni cədvəllərin yaradılması bu istiqamətdə qoyulan tapşırıqlara əsasən hesabatların hazırlanmasını həyata keçirmək; 
  • Kreditləşmə üzrə bankdaxili qaydaların pozulması, risklərin düzgün qiymətləndirilməməsi və ya təminatın kifayət olmamasını yoxlamaq;
  • Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra etmək.

Tələblər

 

  • Ali təhsil; 
  • Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti;
  • Riyazi statistika üzrə biliklər
  • Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
  • Microsoft Excel Expert Certification (arzuolunan)
  • Microsoft Power BI Data Analyst Associate Certification (arzuolunan) 
  • Yüksək səviyyədə Excel bacarığı (hesabatların və excel şablon/kalkulyatorların hazırlanması);
  • Data analitika alətləri (Python və ya R)
  • Microsoft Power BI və Power Query 
  • SQL və PL/SQL 
  • Tableu (arzuolunandır)
  • Statistic modellərin qurulması
  • PowerPoint və prezentasiya proqramları üzrə işləmək
  • Müxtəlif növ hesabatların qurulması və onların avtomatlaşdırılması;
  • Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
  • Yüksək ünsiyyətqurma qabiliyyəti;

 

Əgər təklifimiz Sizə maraqlıdırsa, https://hr.kapitalbank.az/ portalımızdan qeydiyyat keçərək və yaxud [email protected] email ünvanına CV göndərərək vakansiyamıza müraciət eləyə bilərsiniz.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Müəllimlərin sertifikatlaşdırılma imtahanının vaxtı bəlli olub
13 May, 2025 - 09:58 111
Müəllimlərin sertifi...
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılıb
13 May, 2025 - 08:07 99
Doktorantura səviyyə...
“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri”nin finalı keçirilib
12 May, 2025 - 09:20 46
“Pedaqoji Universite...