“EU4Youth” (Avropa Birliyi gənclər üçün) proqramı çərçivəsində 6 aylıq “Salyan gənclərinin inkişafı” marafonuna start veririk. Bu marafon kimlər üçündür Əgər 14-18 yaşlarında Salyanda yaşayan, sonunda şəxsi inkişafa nail olub gələcəkdə həm öz həyat yolunuzda möhkəm bünövrələr qurmaq, həm də müstəqil şəkildə icmanızın inkişafına tövhələr vermək marağındasınızsa, bu proqram məhz sizin üçündür ! Birlikdə nə edəcəyik Qeyri-formal təhsilin prinsiplərinə əsaslanaraq həm özümüz öyrənmə məqsədlərimizi müəyyən edəcək, həm də bir-birimizdən öyrənəcəyik. Bundan əlavə sizin üçün görüşlər, təlimlər daxil bir çox tədbirlər təşkil olunacaq. 📌 Marafona qoşulmaq üçün qeydiyyat linki:https://lnkd.in/eKptUwwr
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb