Lənkəran və Cəlilabad mağazalarımıza "Mağaza meneceri" vəzifəsi üzrə vakansiya elan edilir. Hazır CV formasını[email protected]elektron poçt ünvanına göndərə bilərsiniz. Vəzifə və öhdəliklər: - Satış prosesinin təşkilində mağazanın sıravi və digər personalının işini tənzimləmək; - Cari tapşırıqları həll etmək, personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək; -Satış nöqtələrindən və alıcılarından daxil olan hər bir informasiyaya operativ reaksiya vermək; - Mağazanın sıravi və digər personalı üzərində operativ rəhbərliyi və idarəetməni həyata keçirmək; - Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək. Tələblər: - Yaş – 30 -40 - İş təcrübəsi - ən azı 3-5 il olmalıdır - Ali təhsil; - Yüksək təşkilatı bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.) olmalı; - İşgüzar davranış etikasını bilməlidir; - Satılan məhsulun assortimentini və satış qiymətlərini bilməli; - Satış texnikası və prinsiplərini bilməli; - Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını bilməli; - Sanitariya, texniki və yanğın təhlükəsizliyi qaydalarını bilməlidir; - Kompüter bilikləri (MS Office).
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb