SEÇİLƏCƏK PROFESSOR-MÜƏLLİM HEYƏTİNİN VƏZİFƏLƏRİ:
- Bakalavr səviyyəsində keyfiyyətli tədrisin aparılması;
- Kurs sillabusunun hazırlanması;
- Tələbə biliyinin vaxtında və düzgün qiymətləndirilməsi;
- SABAH qrupları layihəsinin tədrisin aparılması metodikası və təkmilləşdirmə ilə əlaqədar müvafiq təlimlərin keçirilməsi üzrə tələblərə riayət edilməsi;
- Ali təhsil müəssisələrinin daxili intizam və sənədləşmə qaydalarına riayət edilməsi;
- Həmkarlar və tələbələrlə münasibətdə etik davranış qaydalarına riayət edilməsi.
MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK ÜÇÜN NAMİZƏDƏ TƏLƏBLƏR:
- Əlaqədar sahədə ən azı magistr dərəcəsinə malik olması;
- Müvafiq ixtisas və fənn üzrə yüksək bilik səviyyəsinə malik olması;
- Tədrisdə İKT-dən hərtərəfli istifadə edə bilməsi;
- İnnovativ tədris metodlarından istifadə etməsi;
- Müasir pedaqoji yanaşmalardan xəbərdar olması;
- Mövzunu təqdimetmə və fikrini səlis çatdırma bacarığına malik olması;
- Dinamik, təşəbbüskar, pozitiv və ünsiyyətcil olması;
- Həm “online” həm də “offline” formada tədris edə bilməsi.
QEYD EDİLƏN VƏZİFƏ VƏ TƏLƏBLƏRƏ UYĞUN GƏLƏN NAMİZƏDLƏRİN AŞAGIDAKILARI BİLMƏSİ VACİBDİR:
- Hər bir namizəd ən çoxu 2 Fənn üzrə müraciət edə bilər;
- Vakant fənlərin siyahısına"Fənlər"bölməsində baxa bilərsiniz;
- Müraciət etmək üçün"Müraciət forması"nı bölmələr üzrə tam doldurmağınız tələb olunur;
- Qeydiyyat ilə bağlı sual yarandıqda, [email protected] ünvanına müraciət edə bilərsiniz;
- Yalnız müsahibə mərhələsinə keçmiş namizədlərlə anketdə qeyd etdikləri email ünvanı vasitəsilə müraciət müddəti bitdikdən sonra 10 gün ərzində əlaqə saxlanılacaq;
- Müsabiqəni uğurla keçən namizədlərdən müvafiq vakant fənn üzrə tədris etmələri üçün COVİD pasportu (COVİD-19 vaksin sertifikatı və ya COVİD-19 immunitet sertifikatı) tələb olunacaq;
- Son müraciət tarixi və vaxtı:22.06.2021-CI IL, SAAT 00:00
QEYD:Seçim zamanı elmi dərəcə, müvafiq sahə üzrə iş və ya ali təhsil müəssisəsində tədris təcrübəsi və xaricdə təhsilin olmasına üstünlük veriləcəkdir.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb