Dostlar, regionda və Bakı ətrafında yaşayanlar üçün işvar! “Peşə Təmayüllü Siniflərin Təşkili” layihəsinə aşağıda qeyd edilən bölgələrdə yaşayan və tələb edilən bacarıqlara sahib “Qrup rəhbəri” vəzifəsinə işçi qəbulu başlamışdır. Bölgələr: Ağstafa, Bərdə, Tərtər, İsmayıllı, Lənkəran, Balakən, Saatlı, Qax, Oğuz, Ağsu, Kürdəmir, Qəbələ, Yevlax, Mingəçevir, Göyçay, Gədəbəy, Samux, Lerik, Tovuz, Biləsuvar, Gəncə, Göygöl, Qazax, Lənkəran, Qobustan, Astara, Hacıqabul, Ağcabədi, Lənkəran, Binəqədi, Sabunçu, Suraxanı, Qaradağ, Lökbatan q., Sahil q., Əmircan q., Tələblər: • Ali təhsil; • Cinsi - kişi/qadın; • Azərbaycan dilində səlis danışıq qabiliyyəti; • Ofis proqramları və sosial şəbəkələrdə işləmə bacarığı; • Layihə idarə olunmasında təcrübə; • Ünsiyyət bacarığı; • Kollektiv ilə işləmə bacarığı. Öhdəliklər: • Layihənin icrası zamanı məktəblə mərkəz arasında əlaqənin yaradılması; • Sinif kollektivi ilə sistemli işin təşkili; • Layihə dərslərini keçən müəllimlərin işinin əlaqələndirilməsi; • Şagirdlərin digər bacarıqlarına uyğun ideyaların həyata keçirilməsinə dəstək; • Əsas səriştələr üzrə tədrisin keçirilməsi; • Təhsilin icrasının təşkil edilməsi; • Məzunların ixtisaslarına uyğun əmək bazarına yönləndirilməsi; • Hesablatların hazırlanması; • Layihə əməkdaşlarının layihə çərçivəsində tapşırdığı işlərin vaxtında və tam icra edilməsi. İşə müraciət üçün qeyd edilən linkə daxil olaraq işə müraciət anketini doldurmaq lazımdır -https://forms.gle/FiQfmJ4SpzQzn4KL9 Qeyd edək ki, yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq və müsahibələrdən keçərək işə qəbul edilmiş şəxslər 2021-ci il, sentyabr ayından iş fəaliyyətinə başlayacaqdır. Müraciət üçün son tarix: 14.06.2021
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb