Marja ticarəti üzrə satış rəhbəri PAŞA Kapital İnvestisiya Şirkəti QSC (Şirkət) potensial namizədləri “Marja ticarəti üzrə satış rəhbəri” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Vəzifə öhdəlikləri: ·Komanda işinin peşəkar təşkili və satış sisteminin qurulması; ·Cari və gələcək iş planlarının, layihələrinin hazırlanmasını təmin etmək; ·Bölmənin qarşısında duran vəzifələrin icrasına nəzarət etmək; ·Əlavə satış qabiliyyətli xidmətlər üzrə yeni təkliflər hazırlanması; ·Şirkətin bu bölmənin fəaliyyətinin sistemli təhlilinin təşkili və onun əsasında səlahiyyətlərinə aid məsələlər üzrə zəruri sənədlərin, layihələrinin hazırlanması; ·Şirkətin məhsul və xidmətlərin müştərilərə satışının təşkili və idarə edilməsi; ·Kəmiyyət və keyfiyyət parametrləri üzrə müəyyən edilmiş plan göstəricilərinin yerinə yetirilməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi; ·Sadalanan vəzifələr çərçivəsində; müştərilərlə ilkin danışıqların təşkili və aparılması, təklifin hazırlanması; ·Ən gəlirli və perspektivli müştərilərlə əlaqələr sxeminin işlənib hazırlanması; ·Qarşıya qoyulmuş vəzifələrin həllində təşəbbüs göstərmək və bölmənin fəaliyyətinin təkmilləşdirilməsində fəal iştirak etmək; Vəzifə funksiyasından irəli gələn digər funksiyaların icra edilməsi. Namizədlərə əsas tələblər: ·Biznes işinin təşkili və ümumi idarəçilik istiqamətində ali təhsil; ·Sahə üzrə (Maliyyə) ən azı 5 illik iş təcrübəsi: maliyyə, bankçılıq və investisiya xidmətləri sektoru üzrə əldə olunmuş sahə təcrübəsi üstünlük hesab olunur; ·Azərbaycan, Rus və İngilis dillərində sərbəst iş aparmaq qabiliyyəti: o cümlədən peşəkar iş ünsiyyəti, sənədləşmə və yazışmaların aparılması; ·Kompyuter biliyi: yüksək səviyyədə MS Office bilikləri; ·Yüksək satış qabiliyyəti və komandaya təlim vermə bacarığı; ·Məsuliyyətlik, operativlik və qərarvermə qabiliyyəti. Maraqlanan şəxslər elektron məktub başlığında “Marja ticarəti üzrə satış rəhbəri” qeyd etməklə öz CV-lərini[email protected]ünvanına göndərə bilərlər.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb