İnşaat şirkəti inşaat mühəndisiliyi sahəsində bakalavr dərəcəsini bitirərək diplom almış və inşaat mühəndisliyi sahəsində karyera qurmaq istəyən məzunları ÖDƏNİŞLİ TƏCRÜBƏ PROQRAMINA dəvət edir. Digər məlumatlarla bərabər, CV-də aşağıdakı məlumatlar da qeyd olunsun: ·ali məktəbə daxil olarkan topladığınız bal; ·diplom işinin mövzusu; ·inşaat mühəndisliyi sahəsində keçdiyiniz ixtisas fənnləri. Tələblər: ·İnşaat Mühəndisi diplomu (bakalavr dərəcəsi); ·Şifahi və yazılı Azərbaycan dilini mükəmməl bilməli; ·Kompüter bilikləri; MS Office-i (World, Excel) normal bilməli. MS Project AutoCAD, ArchiCAD proqramlarını bilmək əlavə üstünlükdür; Aşağıdakı NƏZƏRİ BİLİK, BACARIQ VƏ XÜSUSİYYƏTLƏR namizəd üçün ƏLAVƏ ÜSTÜNLÜKDÜR: ·Layihəçəkmə və planlaşdırma; ·Analitik və deduktiv düşüncə; ·Fiziki dözümlülük və akrofobiyanın (yüksəklik qorxusu) olmaması; ·Məkan təsəvvürünə malik olma; ·Dəqiqlik və detallara diqqət yetirmək; ·Tikinti, təmir və quraşdırma işlərinin normaları, onların təhvil olunmasına dair texniki reqlamentlər, təhlükəsizlik qaydaları, habelə texniki şərtlər; ·Materialların xüsusiyyətləri və keyfiyyətlərinə dair nəzəri biliklər; ·Tikinti sahəsində qabaqçıl təcrübə, müasir metodlar və alətlərdən istifadə, habelə tikintidə istifadə olunan materialların keyfiyyətinə riayət olunmasına nəzarət. Maraqlanan məzunlar CV-lərini[email protected]e-ünvanına göndərə bilərlər. E-ünvanın mövzu hissəsində “TƏCRÜBƏÇİ İNŞAAT MÜHƏNDİSİ” qeyd etməyiniz xahiş olunur. Təcrübə proqramının qalibləri müsabiqə vasitəsi ilə seçiləcəklər. Qeyd: Yalnız tələblərə cavab verən namizədlər müsabiqəyə dəvət olunacaqlar.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb