Bazar ertəsi, 12 May, 2025

“Kredit və zəmanət şöbəsinin baş mütəxəssisi” vəzifəsi üzrə vakansiya


  • Dərc edildi: 24 Sentyabr, 2021 - 11:23
“Kredit və zəmanət şöbəsinin baş mütəxəssisi” vəzifəsi üzrə vakansiya

Sahibkarlığın İnkişafı Fondu “Kredit və zəmanət şöbəsinin baş mütəxəssisi” vəzifəsi üzrə işə qəbul elan edir: Əsas öhdəliklər: - Fondun kredit məhsulları üzrə daxil olan müraciətlərin (sifarişlərin) minimum sənədlərtoplusuna uyğunluğunu yoxlamaq; - Təqdim edilən investisiya layihələrinin (biznes planların) Fondun müəyyən etdiyi minimal tələblərə uyğunluğunu yoxlamaq; - Kredit müraciətləri üzrə maliyyə hesabatlarını oxumaq və geniş təhlilini aparmaq, o cümlədən biznesin yerində ilkin monitorinqini aparmaqla təqdim edilmiş məlumatların çarpaz yoxlanmasını həyata keçirmək; - Əldə olunmuş məlumatlar əsasında borcalanın mövcud ödəmə qabiliyyətini qiymətləndirmək, maliyyə vəziyyətində dəyişiklikləri təhlil etmək, hazırlanmış proqnoz hesabatları yoxlamaq, zərurət olduqda, əldə edilən məlumatlar əsasında proqnoz hesabatlar tərtib etmək; - Fondun müəyyən etdiyi qiymətləndirmə meyarlarına uyğun layihələri qiymətləndirmək; - Layihə üzrə aparılan təhlilin nəticəsinə dair rəy hazırlamaq; - Əldə edilmiş məlumatları və təhlilin nəticələrini Fondun müvafiq məlumat bazasına daxil etmək; - Görülmüş işlərlə bağlı hesabatlar hazırlamaq; - Fonda daxil olan və icrası şöbəyə tapşırılmış müraciətlərə qanu

nvericiliklə müəyyən olunmuş qaydada baxmaq. Namizədə dair tələblər: - Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya bank işi sahəsində ali təhsil; - 2 ildən artıq kredit təşkilatında KOB və ya korporativ kredit sifarişlərinin təhlili, kreditlərin verilməsi sahəsində təcrübə; - Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, tərtib və təhlil etmə bacarıqları; - Əldə olunmuş məlumatlar əsasında borcalanın mövcud ödəmə qabiliyyətinin qiymətləndirilməsi, maliyyə vəziyyətində dəyişikliklərin izlənməsi, proqnoz hesabatların hazırlanması bacarığı; - Komandada işləmək, yüksək kommunikasiya və təqdimetmə bacarığı; - Operativ və düzgün qərar vermək bacarığı; - Təşəbbüskarlıq,diqqətlilik, məsuliyyət və düzgünlük; - ACCA (F7 və F9) və CFA (1-ci səviyyə) sertifikatlarının olması arzuolunandır; - MS Office (xüsusilə Excel) proqramlarından yüksək səviyyədə istifadə bacarığı; - Rus, türk və ingilis dil bilikləri müsbət qarşılanır. Tələb olunan göstəricilərə malik olan namizədlər öz CV-ni mövzu hissəsində vəzifə adını qeyd etməklə[email protected]e-mail ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 05.10.2021

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri”nin finalı keçirilib
12 May, 2025 - 09:20 25
“Pedaqoji Universite...
I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 335
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 766
BANM-da “Açıq qapı” ...