Honours Academy - Institute of Finance"İnsan resursları üzrə mütəxəssis - Koordinator" vəzifəsi üzrə vakansiya elan edir. Vəzifə öhdəlikləri: - HR strategiyasının, sistemlərinin işlənib hazırlanmasına və həyata keçirilməsinə dəstək vermək; - Akademiyanın tələblərinə uyğun olan təlimçilərin tapılması və akademiyaya cəlb edilməsi, təlimlər üzrə işlərin koordinasiya edilməsi; - Əmək qanunvericiliyin tələblərinə əsasən müvafiq əmrlərin hazırlanması; - İşəqəbul hazırlıqlarının və iş müsahibələrinin təşkilinin təmin edilməsi; - İşçilərin performansını və motivasiyasını artırmaq üçün yaradıcı təkliflər irəli sürmək; İş qrafiki: Həftədə 6 gün; Namizədə tələblər: - Bu sahə üzrə minimum 1 il iş təcrübəsinin olması; - Güclü ünsiyyət və danışıq qabiliyyətinin olması; - Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı; - Əla təşkilatçılıq və vaxtı idarə etmə bacarıqları; - Məsuliyyətli, dəqiq və inkişafa meyilli olması. Əmək haqqı müsahibə zamanı qarşılıqlı razılıq əsasında müəyyənləşdiriləcəkdir. Uyğun gələn namizədlərdən öz CV-lərini[email protected]ünvanına, mövzu bölməsində "İnsan resursları üzrə mütəxəssis - Koordinator" yazmaqla göndərmələri xahiş olunur.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb