Çərşənbə axşamı, 13 May, 2025

Bakı Mühəndislik Universitetində “CareerFest BEU 2025” – Gənclər üçün Karyera və İnkişaf Platforması


  • Dərc edildi: 13 May, 2025 - 10:22
Bakı Mühəndislik Universitetində “CareerFest BEU 2025” – Gənclər üçün Karyera və İnkişaf Platforması

Bakı Mühəndislik Universitetində “CareerFest BEU 2025” – Gənclər üçün Karyera və İnkişaf Platforması

Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə Bakı Mühəndislik Universiteti (BMU) və HBN Group MMC-nin birgə təşkilatçılığı ilə universitet şəhərciyində 22.05.2025 tarixində “CareerFest BEU 2025” adlı karyera festivalı keçiriləcək.

Açıq hava formatında baş tutacaq bu irimiqyaslı tədbirdə 100-dən artıq aparıcı müəssisə və təşkilatın, eləcə də 8000-dən artıq tələbə və məzunun iştirakı nəzərdə tutulur. Festival çərçivəsində iştirakçılara müxtəlif sahələr üzrə təcrübə və iş imkanları təqdim olunacaq, karyera planlaması üzrə görüşlər, HR mütəxəssislərlə interaktiv sessiyalar keçiriləcək.

“CareerFest BEU 2025” eyni zamanda əyləncəli proqramlar, interaktiv oyunlar, viktorinalar və canlı musiqi ilə müşayiət olunaraq iştirakçılar üçün həm maarifləndirici, həm də əyləncəli bir platforma yaradacaq.

Tədbirdə yalnız Bakı Mühəndislik Universitetinin deyil, Azərbaycanın bütün ali təhsil müəssisələrinin tələbə və məzunları iştirak edə bilərlər. “CareerFest BEU 2025” həmçinin təcrübə və iş axtarışında olan bütün gənclər üçün açıq olacaq.

İştirak üçün qeydiyyat linki: https://careerfest.az/istirak-et/ 

 

Əlaqə

careerfest.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Milli Müdafiə Universiteti “Ehtiyat zabit hazırlığı kursu”na qəbul ELAN EDİR
13 May, 2025 - 17:57 61
Azərbaycan Respublik...
Müəllimlərin sertifikatlaşdırılma imtahanının vaxtı bəlli olub
13 May, 2025 - 09:58 120
Müəllimlərin sertifi...
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılıb
13 May, 2025 - 08:07 104
Doktorantura səviyyə...