VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR
• Şirkətə müraciət edən müştərinin məlumatlandırılması üçün keyfiyyətli informasiya xidmətinin təqdim edilməsinə dəstək göstərilməsi
• Müştərilər tərəfindən ərizə formasının doldurulmasına, tarif dərəcəsini və sığorta şərtlərini müəyyənləşdirmək üçün müştəri barədə əlavə məlumatların toplanaraq Anderraytinq şöbəsinə təqdim olunmasına dəstək göstərilməsi
• Ərizə formasını vaxtında Anderraytinq şöbəsinə təqdim edib müəyyən edilmiş müddətdə hazır sığorta müqavilələrinin və sığorta şəhadətnamələrinin geri götürülməsinə dəstək göstərilməsi
• Sığorta müqaviləsinin vaxtında müştəriyə təqdim edilməsi, sığorta təklifinin detalları və şərtləri barədə ətraflı təlimatlandırılmasına dəstək göstərilməsi
• Korporativ müştərilərə təqdim olunacaq təkliflərlə bağlı təqdimatların hazırlanmasına dəstək göstərilməsi
BİLİKLƏR
· Biznes və ya marketinq sahəsində ali təhsil
· Dil bilikləri: Azərbaycan dilində səlis danışmaq bacarığı, rus və ingilis dillərini bilmək üstünlükdür
· Microsoft Office (Outlook, Word, Excel, Powerpoint və s.) bilikləri
BACARIQLAR
· Təşəbbüskarlıq
· Ünsiyyət qurmaq bacarığı
· Çalışqan olmaq
· Öhdəliklərinə məsuliyyətli olmaq
· Dəqiqlik
· Fikirlərini aydın izah edə bilmək
Son müraciət tarixi: 23 yanvar 2025
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb