Bazar, 11 May, 2025

PAŞA Sığorta "Komplayens üzrə təcrübəçi" vakansiyasını elan edir


  • | Dərc edildi: 29 Dekabr, 2024 - 05:00
PAŞA Sığorta "Komplayens üzrə təcrübəçi" vakansiyasını elan edir

PAŞA Sığorta "Komplayens üzrə təcrübəçi" vakansiyasını elan edir.

 

 

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

· Şirkətdaxili bütün normativ sənədlərin (siyasət, qayda, təlimat, prosedur və s.) müvafiq struktur bölmələrdən daxil olan sorğular əsasında qanunvericiliyin tələblərinə uyğunluğunun ekspertizasını həyata keçirməsində iştirak etmək

· Hədəfli maliyyə sanksiyaları haqqında qanunun tələblərinə uyğun fəaliyyətin Şirkət daxilində tənzimlənməsi prosesinə dəstək olmaq

· Yeni qanunvericilik aktları, qanunvericiliyə əlavə və dəyişikliklərin komplayens risklərlə bağlı matrisə daxil edilməsi yolu ilə matrisin yenilənməsi prosesində iştirak

· Şirkət daxilində və işçilər arasında komplayns mədəniyyətinin formalaşmasının təmin edilməsində iştirak etmək

· İdarə Heyəti və struktur bölmə rəhbərlərini qanunvericilikdə baş vermiş zəruri dəyişikliklər və həmin dəyişikliklərin biznes proseslərə təsiri ilə bağlı məlumatlandırmaq;

· Beynəlxalq sığorta bazarında komplayns funksiyasının təkmilləşdirilməsi ilə bağlı “best practice”-in araşdırılması və Şirkət üzrə tətbiqi ilə bağlı təkliflər vermək.

· Şirkətə aidiyyəti olan şəxslərlə əqdlərin qanunvericiliyə uyğun formada təsdiqi prosesində iştirak etmək

· Şirkətlə əməliyyat aparan digər əməkdaşlarla münasibətlər zəminində müvafiq struktur bölmələr tərəfindən təqdim edilən KYC formaların doldurulması.

· Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi

 

BİLİKLƏR:

· Ali təhsil- Hüquqşünaslıq ixtisası , İqtisadiyyat, Riyaziyyat , Maliyyə , Data Analitika

· Dil bilikləri: Azərbaycan dilində səlis danışıq , Rus və İngilis dili biliyi arzuolunandır

· MS Office, Outlook, Excel proqramlarında işləmək bacarığı

· Sığorta qanunvericiliyi, Mülki qanunvericilik, Əmək qanunvericiliyi, Vergi qanunvericiliyi, Digər qanunvericilik aktları üzrə biliklər arzuolunandır

 

BACARIQLAR:

· Səlis nitq, fikri aydın izah etmə bacarığı

· Analitik düşüncə qabiliyyəti

· Komandada işləmək bacarığı

· Problem həll etmək bacarığı

 

Son müraciət tarixi: 13 yanvar 2025

 

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 313
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 378
Xaricdə təhsil almaq...