Bazar, 11 May, 2025

Texniki dəstək Şöbəsinin mütəxəssisi (Helpdesk) vakansiyası


  • Dərc edildi: 12 Fevral, 2025 - 13:21
Texniki dəstək Şöbəsinin mütəxəssisi (Helpdesk) vakansiyası

"Rəqəmsal Tibbi Həllər" MMC-də İnformasiya texnologiyaları xidmətlərinin dəstəklənməsi departamenti, Texniki dəstək Şöbəsinin mütəxəssisi (Helpdesk) vakansiyası mövcüddur.
 


Vəzifə öhdəlikləri:



· “JİRA” proqramına gələn sorğuların icrası;
· Istifadəçilərin kompüterlərinə əməliyyat sistemlərinin və lazımi proqramların yazılması;
· Rayon və şəhər xəstəxanalarında informasiya texnologiyaları ilə bağlı yaranan problemlərin həllinə dərhal texniki dəstəyin göstərilməsi;
· Fəaliyyəti üzrə ezamiyyə səfərlərinin həyata keçirilməsi;
· Agentlik və TƏBİB-in inzibati binalarında, rayon və şəhər xəstəxanalarında informasiya texnologiyaları ilə bağlı yaranan problemlərin həllinə dərhal texniki dəstəyin göstərilməsi;
· Printerlərin və ümumi şəbəkə qovluqların kompüterlərə əlavə edilməsi və ona nəzarət;
· Informasiya texnologiyaları xidmətlərini təmin edən sistemlərin inzibatçılığı və texniki dəstək işlərinin aparılması;
· “Çağrı mərkəzi” ilə bağlı yaranmış problemlərin həllinə dərhal texniki dəstəyin göstərilməsi; 
· Yuxarıda qeyd edilmiş funksiyaların, həmçinin rəhbərlik tərəfindən xidməti fəaliyyətlə əlaqədar verilmiş digər tapşırıqların vaxtında, dəqiqliklə və keyfiyyətli şəkildə həyata keçirilməsi;
· MMC-nin daxili intizam və etik davranış qaydalarına riayət edilməsi.
 


Əsas tələblər:
 


·    Ali təhsil (müvafiq texniki və ya idarəetmə ixtisası) ;
·    Sahə üzrə ən azı 1 il iş təcrübəsi;
·    Dil bilikləri:Rus və ingilis dili – arzuolunandır;
·    Konfliklərin idarə edilməsi və güclü problemhəlletmə qabiliyyəti;
·    Microsoft Office və Microsoft Windows üzrə ilkin biliklər;
·    Şəbəkə üzrə ilkin biliklər;
·    Domain controller üzrə ilkin biliklər;
·    Service Desk, JİRA sistemləri ilə iş təcrübəsi;
·    Kommunikasiya və təqdimat bacarıqları, yazılı və şifahi formada məlumatları effektiv təqdim etmə bacarığı;
·    Komanda ilə işləmək bacarığı və müstəqil qərar qəbul etmək qabiliyyəti;
·    Əla səviyyədə Azərbaycan dili bilikləri, İngilis və Rus dili arzuolunandır.
 


Əlavə məlumatlar:



·    İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
·    İş vaxtı: günlük 8 saat olmaqla, həftəlik 40 saat;
·    AR ƏM uyğun əmək müqaviləsinin imzalanması.
 


Müraciət qaydası:



· Vakansiyaya uyğun namizədlər CV-lərini [email protected] email ünvanına göndərilməlidir.
· CV PDF formatında olmalı və fayl adı namizədin ad,soyadı olmalıdır.
· Mövzu sətrində “Texniki dəstək Şöbəsinin mütəxəssisi (Helpdesk)” qeyd olunmalıdır. 
· Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

QEYD: Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 314
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...