Şənbə, 10 May, 2025

Mart ayında 17 gün iş olmayacaq


  • | Dərc edildi: 12 Fevral, 2025 - 13:15
Mart ayında 17 gün iş olmayacaq

Mart ayında 17 gün iş olmayacaq

 

2025-ci ilin istehsalat təqviminə görə, mart ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün şənbə və bazar günləri daxil olmaqla 17 gün qeyri-iş günü olacaq.

"Azərbaycan müəllimi" xəbər verir ki, martın 8-i Beynəlxalq Qadınlar Günü qeyri-iş günüdür. Lakin şənbə gününə təsadüf etdiyindən beşgünlük iş həftəsində martın 10-u da iş olmayacaq.

2024-cü ilin 20, 21, 22, 23, 24 martı Novruz bayramıdır. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, 2024-cü ildə beşgünlük iş həftəsində 23-24 mart şənbə-bazara təsadüf etdiyindən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 25 və 26 mart tarixləri də qeyri-iş günləridir.

Beləliklə, mart ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün şənbə və bazar günləri də daxil olmaqla ümumilikdə 17 gün iş olmayacaq.

Lakin altıgünlük iş həftəsində 10 və 26 mart tarixləri qeyri-iş günü deyil. Bu səbəbdən altıgünlük iş həftəsi ilə çalışanlar üçün mart ayında 12 gün qeyri-iş günü olacaq.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 313
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 731
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 376
Xaricdə təhsil almaq...