Bazar ertəsi, 12 May, 2025

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Layihə meneceri” vakansiyasını elan edir


  • Dərc edildi: 29 Oktyabr, 2022 - 17:53
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Layihə meneceri” vakansiyasını elan edir

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Layihə meneceri” vakansiyasını elan edir!

Vəzifə öhdəlikləri:
• Layihəni izləmək və layihəyə nəzarəti həyata keçirmək;
• Layihələrin həcmini və məqsədlərini, eləcə də məqsədlərə çatmaq üçün resurs ehtiyacını müəyyən etmək;
• Mürəkkəb layihələr üzrə strateji idarəetməni təmin etmək;
• Layihənin büdcə və əsas keyfiyyət göstəricilərini müəyyən etmək;
• Vaxt qrafikini izləməklə layihələrə davamlı olaraq nəzarət etmək, mərhələlərin gedişatını və keyfiyyətini qiymətləndirmək, və zəruri hallarda risklərin azaldılması üzrə təkliflər vermək;
• Qarşılıqlı asılılıqları idarə etmək və vaxt cədvəllərinə uyğunlaşdırmaq üçün digər layihə qrupları ilə əlaqəni/koordinasiyanı həyata keçirmək;
• Layihənin mərhələlərinin icrasını dəstəkləmək üçün müvafiq sənədləri hazırlamaq;
• Layihələrlə bağlı hesabatlar, arayışlar və məlumatları hazırlamaq;
• Dövlət qurumları ilə görüşlər təşkil etmək və layihələrlə bağlı təqdimatlar keçirmək;
• Proseslərin və xidmətlərin rəqəmsallaşdırılması məqsədilə tərəfdaşlarla

işləyərək rəqəmsal strategiyanın qurulması prosesinə dəstək vermək;
• Güclü rəqəmsal ekosistemin qurulmasına kömək etmək üçün tərəfdaşlar və həmkarlar arasında əməkdaşlığı, bilik mübadiləsini və rəqəmsal təcrübələri paylaşmaq;
• Vəzifəsi üzrə departament rəhbəri tərəfindən verilən tapşırıqları yerinə yetirmək.

Tələb olunan bilik və bacarıqlar:
• Ali təhsil (Layihə idarəetməsi, İnformasiya və kommunikasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük verilir)
• Layihə idarəetməsi üzrə beynəlxalq sertifikatlar arzuolunandır;
• Rəqəmsal layihələrin idarə edilməsi sahəsi üzrə ən az 1 il iş təcrübəsi;
• Dil bilikləri: Azərbaycan dili - əla, ingilis və ya rus dili – yaxşı
• Rəqəmsal transformasiya üzrə vizyonun mövcud olması;
• Microsoft Office proqramlarını (Excel, Word, Visio, PowerPoint, MS Project) yaxşı səviyyədə bilməsi;
• Layihə idarəetməsi proqramlarında işləmək qabiliyyətinin olması.



Maraqlanan şəxslər CV-lərini mövzu hissəsində "Layihə meneceri " qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri”nin finalı keçirilib
12 May, 2025 - 09:20 16
“Pedaqoji Universite...
I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 332
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 760
BANM-da “Açıq qapı” ...