ƏSAS FUNKSİYALAR
Rəqəmsal marketinq mütəxəssisi rəqəmsal marketinq taktikalarından istifadə etməklə müştəri bazasının artırılmasına məsuliyyət daşıyacaq. Bu rol müştəri müraciətlərinin sayını artırmaq və onları real müştəriyə çevirmək məqsədli rəqəmsal marketinq kampaniyalarının eləcə də, sosial medya, websayt və axtarış strategiyasının, hazirlanmasına və icrasina cavabdeh olacaq.
RƏQƏMSAL MARKETINQ
ƏSAS VƏZIFƏLƏR
TƏLƏB OLUNAN BACARIQLAR:
Seçimlərdə növbəti addımlar
Əgər bu rol sizin üçün maraqlıdırsa və qlobal standartlara malik olan və savadlı kadrlar ilə əhatə olunan şirkət mühitində işləmək, inkişaf etmək, vəzifə daxilində məsuliyyəti öz üzərinizə götürmək, işinizə sahiblənmək kimi fəaliyyətlər sizi maraqlandırır və həyəcanlandırırsa, onda müraciət etmək üçün aşağıdakı “ONLAYN ƏRİZƏ FORMASI” düyməsinə basın, 14 Noyabr, 2022 (günün sonu) tarixindən gec olmamaq şərtilə CV-nizi əlavə edin və HR komandamızdan xəbər almağı gözləyin!
Vakansiyanın əsas tələblərinə uyğun olan namizədlərlə “FINCA Azerbaijan” HR komandasının müvafiq əməkdaşları əlaqə saxlayıb, vakansiya üzrə Seçim prosesini izah edib, lazımi dəstək göstərəcəklər.
“FINCA Azerbaijan” haqqında
“FINCA Azerbaijan” icma əsaslı 18 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir. Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin və icmaların öz gələcək həyatlarına yatırım etmələri üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir. “FINCA Azerbaijan” kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb