Azərbaycan Respublikasının Gənclər Fondu İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzi və Türkiyə Gənclər Fondu birgə “Yaşıl dünya üçün” müsabiqəsi elan edir
İqlim dəyişikliyinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə ölkəmizdə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunmasına, iqlim dəyişikliyinin qarşısının alınmasına diqqət çəkmək və proseslərə gənclərin daha fəal cəlb edilməsini təşviq etmək məqsədilə türkiyəli və azərbaycanlı gənclərlə yanaşı dünya müsəlman gənclərinin gözü ilə məsələyə yanaşmaq üçün “Yaşıl dünya üçün” adlı rəsm müsabiqəsi elan edilir.
Azərbaycan Respublikasının Gənclər Fondu, İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzi və Türkiyə Gənclər Fondunun (TUGVA) birgə həyata keçirdiyi müsabiqə hər iki ölkə gəncləri üçün eyni tarixlərdə və eyni şərtlərlə həyata keçiriləcəkdir.
Müsabiqənin müddəti: 1 mart 2024 – 8 aprel 2024
Müsabiqə qaliblərinin elanı: 18 aprel 2024
Mükafat: Hər ölkə üzrə 3 qalib gənc müəyyən edilərək, gənclər digər ölkəyə (azərbaycanlı gənclər Türkiyəyə, türkiyəli gənclər isə Azərbaycana) səfər etmək şansı qazanacaqdır. İƏT üzv ölkələrindən isə qalib olan gənc Azərbaycana səfər etmək şansı əldə edəcəkdir.
Müsabiqə 2 kateqoriya üzrə keçirilir:
Müsabiqəyə təqdim edilmiş işlər peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblər Fondun rəsmi veb və sosial media səhifələrində elan ediləcəkdir.
Müsabiqəyə aşağıdakı link vasitəsi ilə müraciət edə bilərsiniz.
https://docs.google.com/forms/d/e/1FAIpQLSdQmzE1Lb2Ej1jDmTyS-1811TS2OI288ut2xUL0m2Qphl_8xA/viewform
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb