SR GROUP CO
Keyfiyyət zəngləri üzrə mütəxəssis
Namizədə tələblər
- Ali təhsil;
- Azərbaycan dilini səlis səviyyədə bilməli;
- Müştəri xidmətlərində və müştərilərlə ünsiyyət nöqtələrində keyfiyyət standartlarını bilməli;
- Analiz, problemlərin həlli və qərarvermə;
- Müştəriyə fokuslanma;
- Keyfiyyətə fokuslanma;
- Dəqiqlik və təfsilatlara yönümlülük;
- İnkişafa yönümlülük.
Vəzifələr
- Daxili prosedura, müvafiq sənəd və proqramlarda əks etdirilən qaydalara əsasən Əlaqə Mərkəzi (ƏM) vasitəsilə xidmət göstərmək;
- Şirkətin biznes istiqamətləri üzrə təqdim olunan məhsul və xidmətləri barədə ətraflı məlumatlı olmaq;
- Müştərilərlə zəng vasitəsilə əlaqə saxlayaraq xidmət keyfiyyətinin ölçülməsi məqsədi ilə mövcud ssenari çərçivəsində sorğu aparmaq;
- Sorğu nəticələrinin düzgün şəkildə müvafiq proqramlarda qeydə alınması;
- Müştərilərin şikayətlərinin yönləndirilməsi.
|
CV-nizi elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “Keyfiyyət zəngləri üzrə mütəxəssis” yazıb göndərməklə müraciət edə bilərsiniz.
Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər CV [email protected] elektron ünvana təqdim edə bilərlər.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb