Bazar ertəsi, 12 May, 2025

Jurnalistlər və media nümayəndələri üçün “Kiberməkanda saxta xəbərlərlə mübarizə” adlı təlim keçiriləcək


  • Dərc edildi: 12 Avqust, 2023 - 08:26
Jurnalistlər və media nümayəndələri üçün “Kiberməkanda saxta xəbərlərlə mübarizə” adlı təlim keçiriləcək

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən cari ilin sentyabr ayı ərzində jurnalistlər və media nümayəndələri üçün “Kiberməkanda saxta xəbərlərlə mübarizə” adlı təlim proqramı həyata keçiriləcək. Təlimlərdə iştirak üçün qeydiyyata start verilir.

“Kiberməkanda saxta xəbərlərlə mübarizənin aparılması” adlı layihə çərçivəsində həyata keçirləcək təlimlər dörd həftə davam edəcək. Təlimlər AKTA-nın ekspertləri tərəfindən aparılacaq və  “Kiberməkanda “saxta xəbər”: “dezinformasiya”, “misinformasiya”, “malinformasiya” anlayışları və onlar arasındakı fərqlər”, “Medianın transformasiyası: rəqəmsal texnologiyalar və sosial media platformalarında saxta xəbər”, “Azərbaycan qanunvericiliyində və beynəlxalq hüquqda saxta xəbər və dezinformasiya anlayışı və məsuliyyət növləri”, “Dövlətlərin daxili işlərinə qarışmama kontekstində informasiya (və ya dezinformasiya) hücumları və onlara qarşı mübarizə”, “Passiv rəqəmsal iz (“footprinting”): axtarış motorları, Whois, Archive.org və digər mənbələr”, “Kibertəhlükəsizlikdə innovasiya, yeni texnologiyalar və “Metaverse”” və s. bu kimi mövzuları əhatə edəcək.

Qeyd edək ki, AKTA tərəfindən həyata keçirilən “Kiberməkanda saxta xəbərlərlə mübarizənin aparılması” layihəsinin əsas məqsədi media nümayəndələri arasında saxta xəbər konsepsiyası və onlara qarşı mübarizə sahəsində maarifləndirmənin aparılması, saxta xəbərlərin qarşısının alınması ilə əlaqədar media nümayəndələrinin iştirakının təşviq edilməsi və dəstəklənməsidir.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra edilir.

Layihədə jurnalistlər, media nümayəndələri, bloqer və aidiyyəti şəxslər iştirak edə bilər. Yerlər məhduddur. Son müraciət tarixi 25 Avqust 2023-cü il.

Qeydiyyat üçün link: 

https://docs.google.com/forms/d/e/1FAIpQLSfSMTfHDhDi3YdMHUM8OkYEP4KEZc2IVrHh-ZFItdMyBB_E-g/viewform?usp=sf_link


 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri”nin finalı keçirilib
12 May, 2025 - 09:20 6
“Pedaqoji Universite...
I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 328
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 758
BANM-da “Açıq qapı” ...