Çərşənbə axşamı, 13 May, 2025

Baş Direktorun köməkçisi vakansiyası


  • Dərc edildi: 25 Aprel, 2023 - 09:17
Baş Direktorun köməkçisi vakansiyası

"Veysəloğlu" MMC Baş Direktorun köməkçisi vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:

İş yeri: Bakı şəhəri

İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək
 
Vəzifə funksiyaları:

- Rəhbərliyin iclas təqvimini idarə etmək, düzgün şəkildə müvafiq iclasları təşkil etmək və görüşləri təyin etmək;
- Rəhbərlik üçün yazılı və şifahi tərcümələrin edilməsi;
- Daxil olan və göndərilən sənədlərin aidiyyəti üzrə bölüşdürülməsi;
- Toplantı qeydlərini aparmaq və müvafiq olaraq yönləndirmək;
- E-mail yazışmaların həyata keçirilməsi, aidiyyəti şöbələrə yönləndirilməsi;
- Təqdimat və dövri hesabatların hazırlanmasına dəstək göstərmək.

Vəzifə tələbləri:

- Ali təhsil;
- Müvafiq sahə üzrə fasiləsiz ən azı 2 il iş təcrübəsi;
- MS Office (Word, Excel, Powe

r Point) kompüter proqramlarını yaxşı bilmək;
- Azərbaycan, rus və ingilis dillərində sərbəst yazma, oxuma və danışma qabiliyyəti;
- İşə məsuliyyətlə yanaşma;
- Detallara diqqətli yanaşma, yüksək səviyyədə təşkilatçılıq və planlama bacarıqları;
- Operativlik və komanda ilə işləmək bacarığı;
- Mükəmməl ünsiyyət bacarıqları (şifahi və yazılı).

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:
- İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

Müraciət qaydaları: Bu vakansiyaya müraciət etmək istəyən namizədlər 23 may 2023-cü il tarixinədək CV-ni mövzu bölməsində “Baş Direktorun köməkçisi” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Milli Müdafiə Universiteti “Ehtiyat zabit hazırlığı kursu”na qəbul ELAN EDİR
13 May, 2025 - 17:57 49
Azərbaycan Respublik...
Müəllimlərin sertifikatlaşdırılma imtahanının vaxtı bəlli olub
13 May, 2025 - 09:58 119
Müəllimlərin sertifi...
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılıb
13 May, 2025 - 08:07 104
Doktorantura səviyyə...