Bazar, 11 May, 2025

Tibb mərkəzi Tibbi koordinator vakansiyası elan edir


  • Dərc edildi: 24 İyul, 2024 - 16:54
Tibb mərkəzi Tibbi koordinator vakansiyası elan edir

“Sağlam Ailə” tibb mərkəzi Tibbi koordinator vakansiyası elan edir.



Vəzifə və öhdəliklər:

• Tibbi xidmətlər üçün zəng vasitəsilə müraciət edən pasiyentin istək, şikayət, baxış və anamnez məlumatlarını nəzərə alaraq müayinənin həcmini və təyinatını dəqiqləşdirir, müvafiq təlimatlara uyğun qeydiyyatını aparır;
• Laborator və funksional müayinələr, onlara hazırlıq və aparılma qaydaları haqqında pasiyenti məlumatlandırır;
• Lazım gəldiyində pasiyentlərə müayinələrin seçilməsində tövsiyyələr verir və müayinə nəticələrini interpretasiya edir, nəticələrlə bağlı izahlar verir, müvafiq maarifləndirmə işi aparır;
• İstəyə əsasən tibbi xidmətləri təklif edir (Qəbul həkiminə yönləndirir / Check-up xidmətlər təklif edir / Müvafiq ixtisaslı həkimə yönləndirir).

Namizədə olan tələblər:

• Ali tibbi təhsil;
• Təcrübə tələb olunmur;
• Dil biliyi: Azərbaycan dili - əla, rus dili – arzuolunandır;
• Yüksək ünsiyyət qabiliyyətli, komandada işləmə bacarığı, stressə davamlılıq.

Qeyd:

• İş qrafiki: həftənin 6 günü (həftəlik 40 saat);
• Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
• Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
• Şirkət daxili təlim və inkişaf imkanları.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə “Tibbi koordinator” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 314
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...