Vəzifə və öhdəliklər:
• Klinikaya müraciət edən pasiyentləri qəbul edir, pasiyentin şikayət, istək, baxış və anamnez məlumatlarını nəzərə alaraq müayinənin həcmini və təyinatını dəqiqləşdirir, müvafiq təlimatlara uyğun qeydiyyatını aparır;
• Laborator və funksional müayinələr, onlara hazırlıq və aparılma qaydaları haqqında məlumatlandırır;
• Laborator tədqiqatlar üçün bioloji materialların götürülməsini həyata keçirir;
• Lazım gəldiyində pasiyentlərə müayinələrin seçilməsində tövsiyyələr verir və müayinə nəticələrini interpretasiya edir, nəticələrlə bağlı izahlar verir, müvafiq maarifləndirmə işi aparır;
• İstəyə əsasən xidmətlərin müqayisəli tövsiyyəsini etmədən tibbi xidmətləri təklif edir (Qəbul həkiminə yönləndirir /Chek-up xidmətlər təklif edir / Müvafiq ixtisaslı həkimə yönləndirir).
Namizədə olan tələblər:
• Ali tibbi və ya orta tibb ixtisas təhsil;
• Cinsi: Kişi;
• Yüksək ünsiyyət qabiliyyətli, hədəf yönümlü və nəticəyə istiqamətlənmiş;
Qeyd:
• İş qrafiki: həftənin 6 günü;
• Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
• Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
• Şirkət daxili təlim və inkişaf imkanları.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə “Tibb qardaşı” qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb