Şənbə, 10 May, 2025

2025-ci ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub


  • Admin:
  • | Dərc edildi: 11 Yanvar, 2025 - 03:28
2025-ci ildə keçiriləcək bəzi imtahanların qrafiki və qeydiyyat tarixləri elan olunub

Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci ildə keçiriləcək bəzi imtahanların qrafiki ilə verilmiş cədvəldə tanış ola bilərsiniz.

 

İmtahanların qrafiki Mərkəzin saytının “Təqvim” bölməsinə də əlavə edilib. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləməyi tövsiyə edirik. Digər imtahanların tarixləri dəqiqləşdikcə (və ya imtahan qrafikində hər hansı dəyişiklik olduqda) “Təqvim”ə əlavə olunur.

Qeyd edək ki, magistratura səviyyəsinə qəbul imtahanının birinci cəhdi fevralın 16-da keçiriləcək. Bu imtahanda iştirak etmək üçün bakalavrların qeydiyyatı 13 – 27 yanvar tarixlərində aparılacaq.

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona olmaqla 2 və 9 mart tarixlərində keçiriləcək.

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə üç zona üzrə 13, 20 və 27 aprel tarixlərində təşkil olunacaq.

İmtahandan 1 ay öncə zonalara aid olan şəhər və rayonlar haqqında məlumat paylaşılacaq.

I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanına qeydiyyat 6 – 26 fevral tarixlərində aparılacaq. Sınaq imtahanı isə martın 16-da təşkil olunacaq.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün bütün abituriyentlərin qeydiyyatı (ərizə qəbulunun I mərhələsi) 20 fevral – 5 mart tarixlərində aparılacaq.

Əvvəlki illərin məzunları üçün qəbul imtahanının birinci mərhələsi aprelin 6-da keçiriləcək.

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının ikinci mərhələsinin birinci cəhdi may – iyun aylarında keçiriləcək. Bu imtahanlarda iştirak etmək üçün qeydiyyat  isə aprel – may aylarında aparılacaq.

Digər imtahanların qrafiki ilə cədvəldə tanış ola bilərsiniz.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 313
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 730
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 376
Xaricdə təhsil almaq...