Bazar, 11 May, 2025

TƏBİB kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakant yerlər elan edir


  • Dərc edildi: 11 Yanvar, 2025 - 00:49
TƏBİB kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakant yerlər elan edir

TƏBİB kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakant yerlər elan edir



 İş yeri: 
Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində olan tibb müəssisələri



Əmək haqqı:


“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.



Tələb olunan bilik, təcrübə və bacarıqlar:


· Ali təhsil (Humanitar və sosial, iqtisadiyyat və idarəetmə);
· Müvafiq sahə üzrə minimum 1 il təcrübə;
· Kompüter bilikləri: Microsoft office (sərbəst səviyyədə).

 


Qanunvericilik üzrə biliklər:


· Azərbaycan Respublikasının Əmək Məcəlləsi;
· “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”ı;
· Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə;
· Bütün sahələr üçün Vahid Tarif-İxtisas Sorğu Kitabçaları haqqında məlumat 
· Korrupsiyaya qarşı mübarizə haqqında qanun;
· “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu;
· Azərbaycan Respublikasının büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sisteminin, növlərinin və məbləğinin təsdiq edilməsi haqqında qərar.



İşin təsviri:


· Elektron hökümət portalına (ƏMAS) aidiyyatı məlumatların daxil etmək;
· İşçilərin şəxsi işlərinin, həmçinin digər sənədlərin müəyyən olunmuş qaydada qeydiyyatının həyata keçirmək, saxlanmasını və onlarda olan məlumatların yayılmamasını təmin etmək;
· Səlahiyyətləri çərçivəsində işçilərə müvafiq arayışlar, xasiyyətnamələr və çıxarışların təqdim etmək;
· İnsan resursları üzrə elektron məlumat bazasını formalaşdırmaq, yenilənməsini həyata keçirmək;
· Yeni qəbul olunan işcilərin vəzifə təlimatları ilə tanış olmalarını təmin etmək;
· Qanunvericiliyə uyğun olaraq məzuniyyət cədvəllərinin tərtib olunması və əməkdaşlara məzuniyyət verilməsi və uçotunun aparılmasını təmin etmək;
· Xəstəlik vərəqələrinin müvafiq hissələrinin doldurulması, protokollarının tərtib olunmasını təmin etmək;
· İşçilərin gündəlik işə davamiyyətinə nəzarət etmək;
· İmzalanmış əmr və digər sənədlərin qeydiyyata alınmasını və saxlanılmasını təmin etmək.

 

Tələb olunan sənədlər:


· Şəxsiyyəti təsdiq edən sənədin surəti;
· Diplomun surəti;
· CV.
 


 Müraciət etmə qaydaları:



Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

· CV [email protected] ünvanına göndərilməlidir;
· Mövzu sətrində müraciət etdiyiniz vəzifənin adı və iş yeri (BBSM – kadrlar üzrə mütəxəssis) qeyd olunmalıdır;
· CV-lər 19.01.2025-ci il tarixinə qədər göndərilməlidir.

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqəyə dəvət olunacaqlar.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 314
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...