Bazar ertəsi, 12 May, 2025

BANM tələbəsi ABŞ Universitetindən 100 min dollarlıq təqaüd qazanıb


  • Dərc edildi: 14 May, 2024 - 13:30
BANM tələbəsi ABŞ Universitetindən 100 min dollarlıq təqaüd qazanıb

BANM tələbəsi ABŞ Universitetindən 100 min dollarlıq təqaüd qazanıb 

 

Bakı Ali Neft Məktəbinin İnformasiya təhlükəsizliyi ixtisasının V kurs tələbəsi Eşqin Həsənov ABŞ-nin Mərkəzi Florida Universitetinin birbaşa doktorantura səviyyəsinə qəbul olub. O, Universitetin xüsusi nailiyyəti olan tələbələr üçün nəzərdə tutulan “ORCGS doctoral fellowship” proqramına seçilərək ildə 100 min dollar təqaüd qazanıb. 

Eşqin 2019-cu ildə BANM-ə 675 balla daxil olub, Prezident təqaüdünə layiq görülüb. Təhsil aldığı müddətdə akademik göstəriciləri yüksək olub, həmçinin müxtəlif elmi məqalələr hazırlayıb. BANM tələbəsi Azərbaycanda ilk dəfə ən son texnoloji yeniliklərdən sayılan “GraalVM” köməyi ilə “Java” proqramlaşdırma dilinin daxilində “Python” proqramlaşdırma dili kodunu istifadə edib. Bununla “Python” proqramlaşdırma dilinin “Java”da olmayan xüsusiyyətləri ilə “Java” proqramlaşdırma dilinin “Python”da olmayan xüsusiyyətlərini birləşdirib və nəticə uğurlu olub. Bu tətbiq dünya miqyasında da sadəcə bir neçə layihədə mövcuddur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri”nin finalı keçirilib
12 May, 2025 - 09:20 20
“Pedaqoji Universite...
I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 333
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 762
BANM-da “Açıq qapı” ...