Bazar ertəsi, 12 May, 2025

TƏBİB İnsan resursları departamentinin İşə qəbul şöbəsinə aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir


  • Dərc edildi: 18 May, 2024 - 14:19
TƏBİB İnsan resursları departamentinin İşə qəbul şöbəsinə aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir

TƏBİB İnsan resursları departamentinin İşə qəbul şöbəsinə aparıcı məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir

 

Şəhər

Bakı

Son müraciət

19.05.2024

Görəcəyiniz işlər:

  • İşə qəbul qaydalarına uyğun olaraq işin aparılması
  • Boş vakansiyalar üzrə iş elanlarının paylaşılması və namizədlərin axtarılması
  • Daxil olan CV-lərin qeydiyyatının aparılması, təhlili və vakansiyalara uyğun namizədlərin seçilməsi
  • Test mərhələsi və müsahibələrin təşkil edilməsi
  • İşçi ehtiyaclarını müəyyən edərək kadr bazasının yaradılması və yenilənməsi
  • Yeni işçilərin adaptasiya prosesini sürətləndirmək üçün oriyentasiya və mentorluq proseslərinin həyata keçirilməsi
  • Görülən işlərlə bağlı həftəlik, aylıq və rüblük hesabatlar hazırlanması
  • Şöbənin fəaliyyəti ilə bağlı normativ-hüquqi sənədlərin hazırlanmasında iştirak edilməsi

Bizim üçün uyğun namizəd:

  • Ali təhsil: humanitar, sosial, iqtisadiyyat, idarəetmə və ya müvafiq sahə üzrə ali təhsil
  • İş təcrübəsi: İnsan resursları sahəsi üzrə minimum 4 il (işə qəbul istiqamətində minimum 2 il)
  • Kompüter biliyi: MS Office proqramlarında (Word, Excel, PowerPoint) işləmək bacarığı
  • Sertifikat: SHRM / HRCI arzuolunandır
  • Dil bilikləri: İngilis və rus dili - yaxşı səviyyədə
  • Komandada işləmə
  • Məsuliyyətlilik, dürüstlük, çeviklik
  • Analitik düşüncə, planlaşdırma, nəticəyönümlülük
  • Səlis və işgüzar ünsiyyət bacarığı
  • Layihə idarəedilməsi üzrə təcrübənin olması üstünlükdür

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi
  • İş vaxtı: 09:00 – 18:00

Müraciət qaydası

  • CV [email protected] ünvanına göndərilməlidir
  • Mövzu sətrində “İşə qəbul şöbəsi - aparıcı məsləhətçi” qeyd olunmalıdır
  • Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri”nin finalı keçirilib
12 May, 2025 - 09:20 23
“Pedaqoji Universite...
I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 334
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 763
BANM-da “Açıq qapı” ...