Çərşənbə axşamı, 13 May, 2025

STP Şirkətlər Qrupu xüsusi sənaye layihələri üçün işə qəbul və kadr hazırlığı prosesini davam etdirir


  • Dərc edildi: 10 Dekabr, 2024 - 21:37
STP Şirkətlər Qrupu xüsusi sənaye layihələri üçün işə qəbul və kadr hazırlığı prosesini davam etdirir

STP Şirkətlər Qrupu xüsusi sənaye layihələri üçün işə qəbul və kadr hazırlığı prosesini davam etdirir. 



2012-ci ildən bazarda fəaliyyət göstərən şirkətimiz regionun ilk və ən böyük texnoparkıdır. Özündə 10-dan artıq şirkəti cəmləşdirən STP Şirkətlər Qrupunun məhsulları “Made in Azerbaijan” brendi altında dünya bazarında təmsil olunur. İnkişafının növbəti mərhələsində STP Şirkətlər Qrupu xüsusi sənaye layihələri həyata keçirir.

Yenilikçi, texnoloji təşəbbüslərdə iştirak edəcək ixtisaslı mütəxəssislər/mühəndislər və istedadlı texniki kadrlar axtarırıq.

Özünə və peşəkarlığına güvənən, texnoloji sahədə təcrübəsi olan və ya bu sahədə inkişaf etmək istəyən şəxsləri komandamıza qoşulmağa dəvət edirik.


• Sağlamlıq, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi üzrə mütəxəssislər
• İstehsalın planlaşdırılması və nəzarəti (PP&C) üzrə mütəxəssislər
• Satınalma üzrə mütəxəssislər 
• Son montaj operatorları (montaj, üst qat tətbiqi, etiketləmə və qablaşdırma)
• X-ray operatorları 
• Forklift /damperli yük maşını sürücüləri

• Termik emal operatorları
• Müxtəlif sahələrdə istehsal, proses və inteqrasiya mühəndisləri (mexaniki metal emalı, kompozit materiallar, yanacaq və s.)
• Müxtəlif sahələrdə istehsalat texnoloqları (mexaniki, metal emalı, kompozit materiallar, yanacaq və s.)
• Kimyəvi birləşmələrin istehsalı üzrə operatorlar (neft-kimya, qida, dərman istehsalı sahəsindən olanlara üstünlük verilir)


STP xüsusi layihələr komandasına qoşulmağın üstünlükləri

• Ölkəyə müasir texnologiyalarının transferi layihələrində yaxından iştirak imkanı 
• Yerli və xarici mütəxəssislərdən davamlı təcrübə toplama imkanlar
• Güclü komandanın və korporativ mühitin əsas hissəsi olmaq
• Rəqabətli əmək haqqı və digər müavinətlər 

Maraq göstərən şəxslərdən azərbaycan və ya ingilis dilində hazırlanan CV-lərini mövzu yerinə vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərə bilərlər. Yalnız mövzu yerində vakansiyanın adı qeyd olunan müraciətlərə baxılacaq. 

Müraciətlər üçün son tarix – 15 yanvar 2025-ci il.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Azərbaycan Respublikası Müdafiə Nazirliyi Milli Müdafiə Universiteti “Ehtiyat zabit hazırlığı kursu”na qəbul ELAN EDİR
13 May, 2025 - 17:57 49
Azərbaycan Respublik...
Müəllimlərin sertifikatlaşdırılma imtahanının vaxtı bəlli olub
13 May, 2025 - 09:58 119
Müəllimlərin sertifi...
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılıb
13 May, 2025 - 08:07 104
Doktorantura səviyyə...