Təhsil Nazirliyi "Zəfər ilinin müəllimi" adlı layihəyə start verir. Layihə bu ilin sonunadək davam edəcək.Sözügedən layihə çərçivəsində Təhsil Nazirliyinin internet resurslarında 44 günlük Vətən müharibəsində döyüşən, o cümlədən şəhid olanmüəllimlərimiz haqqında posterlərin, yazı, müsahibə, videosüjetlərin hazırlanaraq#ZəfərİlininMüəllimihəştəqi altında yayımı nəzərdə tutulur.Bundan əlavə, hər kəs layihəyə uyğun olaraq sosial şəbəkələrdə#ZəfərİlininMüəllimihəştəqi altında müvafiq paylaşımlar edə bilər.Qeyd edək ki, layihənin məqsədi Vətən müharibəsi iştirakçısı olmuş müəllimlərin geniş ictimaiyyətə tanıdılmasıdır.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb