Bazar, 11 May, 2025

Yeni işə qəbul olmuş gənc müəllimlərlə ilk dəfə adaptasiya proqramına start verilir


  • Dərc edildi: 22 Sentyabr, 2021 - 11:36
Yeni işə qəbul olmuş gənc müəllimlərlə ilk dəfə adaptasiya proqramına start verilir

Yeni işə qəbul olmuş gənc müəllimlərlə ilk dəfə adaptasiya proqramına start verilir Sentyabr ayının 7-dən etibarən yeni tədris ilində işə qəbul olmuş gənc müəllimlərlə ilk dəfə adaptasiya proqramına başlanılır. Adaptasiya proqramının məqsədi yeni işə qəbul olmuş müəllimlərin iş mühitinə və tədris prosesinə rahat uyğunlaşdırılmasına nail olmaqdan ibarətdir. Adaptasiya proqramı çərçivəsində Nazirliyin struktur bölmə rəhbərləri, yerli təhsili idarəetmə orqanlarının rəhbərləri, ümumi təhsil müəssisələrinin direktorları, psixoloqların iştirakı ilə görüşlərin keçirilməsi nəzərdə tutulur. Proqram çərçivəsində yerli təhsili idarəetmə orqanının rəhbərinin təqdimatında “Tədris-pedaqoji sənədlərlə işin təşkili”, “Şagirdlərlə işin təşkili”, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası

nın koordinatorları ilə müəllimlərin görüşü, Nazirliyin struktur bölmə rəhbərlərinin təqdimatında “Öyrədici mühitin yaradılması”, “Qrant müsabiqədə iştirak, layihə sənədlərinin hazırlanması” “Uğurlu şagird-valideyn-məktəb tandeminin qurulması” mövzusunda təlimlər, dərslik müəllifləri, qabaqcıl müəllimlərlə müzakirələr keçiriləcək. Adaptasiya proqramında iştirak etmək üçün aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz: https://forms.gle/PJu8G8iefYtuzr3n7 Əlaqə: [email protected]

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 320
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 749
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 384
Xaricdə təhsil almaq...