Şənbə, 10 May, 2025

“Xızır Baba təqaüdü" - nə müraciət başladı


  • Admin:
  • | Dərc edildi: 22 Sentyabr, 2021 - 03:54
“Xızır Baba təqaüdü" - nə müraciət başladı

“Xızır Baba təqaüdü" - nə müraciət başladı
Təqaüd proqramı ailə vəziyyəti maddi olaraq ağır, eyni zamanda çalışqan, təhsil almağa həvəsli abituriyent və tələbələr üçün nəzərdə tutulub. Proqram 2 seçim mərhələsindən ibarət olacaq, online müraciət və müsahibə mərhələsi.
Müraciət forması:
1. Tərcümeyi hal
2. Motivasiya məktubu
3. Şəxsiyyət vəsiqəsinin skanı
4. Şəkil
5. Akademik göstəriciləri bildirən məlumat (abituriyentlər illik qiymət cədvəli, tələbələr bütün smestrlərin ballarının qiymət cədvəlini).
6. Şəhid/qazi övladları əlavə olaraq faktı təsdiq edən sənədi əlavə etmələri rica olunur.
7. Əlaqə telefonu
Tələb olunan sənədləri [email protected] mail ünvanına göndərməyiniz xahiş olunur.
SON MÜRACİƏT TARİXİ 25.09.2021
Təqaüd məbləği aylıq 50 (və ya 100, himayəçi sayına görə) AZN, tələbə/abituryentlər üçün nəzərdə tutulub.
Siz bizə necə kömək edə bilərsiniz?
Təqaüd proqramı bir himayədar (dəstəkçi) üçün bu ilə özəl 9 aylıq olacaq. Yəni siz özünüzə uyğun 9 aylıq hər ay ödəyə biləcəyiniz bir məbləğ təyin edib bizə deyirsiniz. Hər ay sizin yatırdığınız bu məbləği biz digərləri ilə birləşdirib təqaüdçülərə ödəyirik. Şəffaf hesabatlılıq sistemimiz var.
Təqaüdçüləri seçmək üçün xüsusi nəzarət qrupumuz olsa da, siz də bizə bu işlərdə istəsəniz qoşula bilərsiniz. Bundan əlavə bizə həm ehtiyaclı məktəbli/tələbələrin, həm də bu proqrama dəstək ola biləcək başqa insanların da tapılmasında yardımçı ola bilərsiniz.
Ötən tədris ili 50 nəfərə təqaüd verdik.
Təqaüd verəcəyimiz tələbə və abituriyent sayı himayəçilərin verəcəyi ümumi məbləğdən asılı olacaq.
Hədəf minimum 50 nəfərdir.
Təqaüd verəcəyimiz gənclərin müraciətində şəhid və qazi övladları xüsusi nəzərə alınacaq. Təbii ki, çalışqan olmaları şərti ilə

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 313
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 730
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 376
Xaricdə təhsil almaq...