Bazar, 11 May, 2025

WorldSkills Asia 2021 bacarıq yarışlarında Azərbaycanı kiber təhlükəsizlik üzrə təmsil edəcək şəxslərin seçiminə start verilir


  • Dərc edildi: 14 İyul, 2021 - 10:02
WorldSkills Asia 2021 bacarıq yarışlarında Azərbaycanı kiber təhlükəsizlik üzrə təmsil edəcək şəxslərin seçiminə start verilir

WorldSkills Azerbaijan platforması ölkəmizi kiber təhlükəsizlik istiqaməti üzrə WorldSkills Asia 2021 bacarıq yarışlarında təmsil edəcək şəxslərin seçim mərhələsinə start verir. Qeydiyyat 25 yaşa qədər olan gənclər üçün açıqdır. İştirakçılar qeydiyyatdan keçmək və seçim mərhələsinin tapşırıq layihəsi ilə tanış olmaq üçün bukeçiddənistifadə edə bilərlər. Seçim mərhələsinə qatılmaq üçün son qeydiyyat tarixi 21 iyuldur. Ən yaxşı nəticə göstərən iki şəxs 28-31 iyul tarixlərində WorldSkills Asia tərəfindən təşkil ediləcək kiber təhlükəsizlik yarışında Azərbaycanı komanda şəklində təmsil etmək hüququ əldə edəcəklər. Onlayn formatda təşkil ediləcək yarışlara 26 müxtəlif ölkə təmsilçilərinin qatılması nəzərdə tutulur. Xatırladaq ki, WorldSkills Azerbaijan peşəkarlığın və bacarıqların inkişafı üçün milli platformadır. Azərbaycan ötən ilin oktyabr ayında peşə bacarıqlarını beynəlxalq səviyyədə təbliğ edən WorldSkills hərəkatına qoşulub. Dünyada müxtəlif bacarıq istiqamətləri üzrə olimpiya yarışlarının təşkilatçısı kimi tanınan WorldSkills hərəkatı əmək bazarının tələblərinə və qlobal standartlara uyğun peşəkarlar yetişdirmək, həmin standartları təhsil sisteminə inteqrasiya etmək imkanı yaradır.

Qeydiyyat linki: https://cutt.ly/tmDmhis

Son qeydiyyat tarixi: 21 İyul

Ətraflı:https://bit.ly/36xcgkp

Advertisement

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 317
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 738
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 381
Xaricdə təhsil almaq...