Bazar, 11 May, 2025

“Vətəndaş müraciətləri” xidməti istifadəyə verilib


  • | Dərc edildi: 17 İyun, 2021 - 08:57
“Vətəndaş müraciətləri” xidməti istifadəyə verilib

“Vətəndaş müraciətləri” xidməti istifadəyə verilib

Təhsil Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin daha da təkmilləşdirilməsi və əlçatanlığın təmin edilməsi məqsədiləhttps://portal.edu.az/platformasına “Vətəndaş müraciətləri” xidməti əlavə olunub. Xidmət bu sahədə aparılan işlərin daha çevik, şəffaf və keyfiyyətli təşkili ilə yanaşı, müraciətlərin elektron qaydada göndərilməsi, hər bir müraciətin vətəndaş tərəfindən addım-addım izlənilməsi və cavab alınması proseslərini asanlaşdıran üstünlüklərə malikdir.   Təhsil Nazirliyinə və tabeliyindəki qurumlara “Vətəndaş müraciətləri” elektron xidməti vasitəsi ilə göndərilən müraciətlər tətbiq olunmuş təkmil daxili (CRM) sistem hesabına daha qısa zaman çərçivəsində cavablandırılacaq. Belə ki, yazılı müraciətlərin icrası ilə müqayisədə elektron şəkildə daxil olan müraciətlər icra müddətini 2 dəfədən çox qısaltmış olacaq.   Qeyd edək ki, vətəndaşların yazılı müraciətlərində şəxsi məlumatlarını (ünvan, əlaqə vasitələri) düzgün qeyd etməməsi və yaxud natamam qeyd etməsi icra prosesini çətinləşdirir və bəzi hallarda müraciətin statusunun izlənilməsini qeyri-mümkün edir. Bu səbəbdən Təhsil Nazirliyinə müraciət etmək istəyən vətəndaşlarahttps://portal.edu.az/platformasında qeydiyyatdan keçməklə, öz şəxsi kabinetləri vasitəsi ilə rahatlıqla elektron qaydada müvafiq xidmətdən yararlanmaq tövsiyə olunur.    

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 314
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 378
Xaricdə təhsil almaq...