Bazar, 11 May, 2025

UNEC professor-müəllim heyəti və tələbələr üçün məqalə müsabiqəsi keçirəcək


  • Dərc edildi: 9 İyul, 2021 - 12:48
UNEC professor-müəllim heyəti və tələbələr üçün məqalə müsabiqəsi keçirəcək

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr edilən məqalə müsabiqəsi elan olunub. UNEC-dənAZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi UNEC-in professor-müəllim heyəti və tələbələrinin dövlət müstəqilliyinin bərpası ilə bağlı dövri mətbuatda məqalələr dərc etdirmələrinin təşviqidir. Təqdim olunmuş məqalələr UNEC-də yaradılmış komissiya tərəfindən dəyərləndiriləcək və qaliblər mükafatlandırılacaq. Professor-müəllim heyəti üçün mükafatın məbləği I yer üzrə 500 manat, II yer üzrə 300 manat, III yer üzrə 200 manat, tələbələr üçün mükafatın məbləği I yer üzrə 300 manat, II yer üzrə 200 manat, III yer üzrə 100 manat müəyyənləşdirilib. Müsabiqədə iştirak etmək istəyənlər dövri mətbuatda nəşr etdirdikləri məqalələrin elektron variantını (word və ya pdf formatda) və məqalənin nəşr olunduğu saytın (rəsmi sayt olmalı) linkini və ya qəzet və jurnalların surə[email protected]ünvanına göndərməlidirlər. Məqalə 5-7 səhifə həcmində olmalıdır. Yalnız dövri mətbuatda nəşr olunmuş məqalələr müsabiqədə iştirak edə bilər. Məqalədə müəllifin adı və soyadı, professor-müəllim heyətinin çalışdığı kafedra, tələbənin təhsil aldığı fakültənin adı və qrupu qeyd olunmalıdır. Məqalələrin qəbulu sentyabrın 30-dək davam edəcək.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 315
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...