Bazar ertəsi, 12 May, 2025

Ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqə


  • Dərc edildi: 1 Fevral, 2022 - 11:57
Ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqə

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edilir.

İşə qəbul müsabiqəsinə start verilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edilir. Psixoloq vəzifəsi üzrə işə qəbul olmaq istəyən şəxslər fevralın 1-dən etibarənkeçidvasitəsilə qeydiyyatdan keçə bilərlər. Qeydiyyat prosesi fevralın 14-ü başa çatacaq. Müsabiqə 5 mərhələdən (elektron qeydiyyat, elektron ərizələrin yoxlanılması, test imtahanı, müsahibə mərhələsi və vakant yerlərin seçimi) ibarətdir. Müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsinə dəvət ediləcəklər. Müsabiqənin test imtahanı mərhələsində namizədlərə40 sual (30 psixologiya, 5 məntiq, 5 İKT) veriləcək. Uğur qazanmış namizədlər müsahibələrdə iştirak etmək hüququ qazanacaqlar. Qeyd edək ki, məktəbpsixoloqlarınınişə qəbulu müsabiqəsində ali təhsil müəssisələrini psixoloq ixtisasları üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycanvətəndaşları (və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər) iştirak edə bilərlər. Müsabiqə ilə bağlı hər hansı sual yaranarsa, namizədlər BŞTİ-nin Çağrı Mərkəzinə (146-1) müraciət edə bilərlər.
____________________________________________________________________________________________________________________

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 323
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 752
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 385
Xaricdə təhsil almaq...