Bazar ertəsi, 12 May, 2025

Uçuş dinamikası qrupuna kiçik mühəndis vakansiyası


  • Dərc edildi: 9 Aprel, 2022 - 07:29
Uçuş dinamikası qrupuna kiçik mühəndis vakansiyası

AzercosmosPeyk və yerüstü sistemlər departamentinin Uçuş dinamikası qrupuna kiçik mühəndis vakansiyasını elan edir Əsas funksiyalar: - Peykin orbitinin təyin edilməsi - Peykin müəyyən edilmiş mövqedə saxlanılması, manevr planlaması, yoxlanılması və manevrin təhlili - Peykə yaxınlaşan digər cisimlərin peyk ilə toqquşma riskinin analizi və riski aradan qaldırmaq üçün təhlil və buna uyğun tədbir planı hazırlamaq - Manevr zamanı sərf olunmuş yanacağı və peykin istifadə müddətini hesablamaq - Həndəsi hadisələri proqnozlaşdırmaq - Qrup üzrə hesabatlar hazırlamaq - Tapşırıqların, layihələrin və iş istiqamətlərin icra ardıcıllığına riayyət edilməsi - Müşahidə edilən problemlər haqqında müşahidə hesabatları hazırlamaq, nəzarət etmək və yaranan problemləri aradan qaldırmaq üçün təhlil aparmaq və tədbir görmək - Qeyri-iş saatlarında orbit əməliyyatlarının icrası və icrasına dəstək - Orbit əməliyyatları müddətində hər zaman telefon vasitəsilə mühəndis dəstəyəni verməyə hazır olmaq Tələblər: - Ali təhsil: fizika, mexanika, tətbiqi riyaziyyat və aerokosmik mühəndislik üzrə bakalavr səviyyəsi, astrofizika üzrə magistr təhsili arzuolunandır. Bilik və bacarıqlar: - Matris/Xətti cəbr və diferensial tənliklər üzrə əsas bacarıqlar - Koordinat sistemləri haqqında biliklər -Klassik mexanikanınbölmələri üzrə bilik - MS Office (Word, Excel, Outlook, PowerPoint) - Proqramlaşdırma/skript dilləri ilə işləmə bacarığı - Telekommunikasiya sahəsində biliklərinin olması üstünlükdür Dil bilikləri: Azərbaycan dili (yüksək səviyyədə) İngilis dili (upper intermediate) Bu meyarlara uyğun namizədlər CV-lərini 15.04.2022-ci il tarixinədək[email protected]ünvanına “UDQ-kiçik mühəndis” başlığı ilə göndərə bilərlər.

_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 325
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 754
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 388
Xaricdə təhsil almaq...