Şənbə, 10 May, 2025

“Toxum School – Regions” Gəncədə


  • | Dərc edildi: 9 İyun, 2021 - 11:50
“Toxum School – Regions” Gəncədə

Əziz GƏNCƏ-lilər, “Toxum School – Regions” görüşünüzə gəlir! 4 regionda keçirilməsi planlanan Toxum School-Regions ikinci səfərini Gəncə şəhərinə edir. Təlim “Gəncə Maarif Evi”- nin tərəfdaşlığı və dəstəyi ilə həyata keçirilir. Ağlınız ideyalarla doludur, ancaq hələ də ideyalarınıza həyat vermək üçün hardan başlamalı olduğunuzu bilmirsinizsə, o zaman bu 2 günlük təlim sizin üçündür! Təlim zamanı mütəxəssislər tərəfindən ideyaların layihə halına gətirilməsi, onun sosial sahibkarlıq tərəflərinin inkişaf etdirilməsi və nəhayət, kraudfandinq kampaniyası vasitəsilə layihənizə həyat verməyi praktiki olaraq öyrənəcəksiniz. Təlimçilər: - Sara Rəcəbli - Sosial sahibkar, BUTA Art&Sweets sosial biznesinin təsisçisi. - Kamran Cəbrayılov - Beynəlxalq PMP sertifikatına sahib Layihə Meneceri, SOCAR KBR-də aparıcı planlama mühəndisi, Tudors Azərbaycanın həmtəsisçisi. - Toğrul İsmayılov - Toxum.org platformasının həmtəsisçisi. Təlimdən qazanacaqlarınız: -İlk növbədə təlimdə iştirak etmiş iştirakçılar Kraudfandinq (Kütləvi maliyyələşmə) və Sosial Sahibkarlıq haqqında dərin biliklərə yiyələnəcəklər. - Sosial sahibkarlıq ilə cəmiyyətdəki sosial problemləri necə dayanıqlı və davamlı şəkildə həll edə biləcəyinizi öyrənəcəksiniz. -Keçilmiş müxtəlif mövzulu nəzəri və praktiki təlimlər nəticəsində uğurlu kraudfandinq kampaniyası aparmağa hazırlıqlı olacaqsınız. -Bu təlimlər layihəyə başlamaq istəyib, lakin maddi dəstəyi necə əldə etmək kimi suallar qarşısında qalan gənclərə dəstək verəcək. -Təlimdən sonra artıq ideyanızı rahatlıqla reallaşdıra biləcəksiniz. Təlim 19 iyun tarixində 10:00-17:30, 20 iyun tarixində isə 10:00-16:00 saatları arasında baş tutacaq. Təlim barədə ətraflı məlumat almaq və ya qeydiyyatdan keçmək üçün aşağıdaki linkə daxil ola bilərsiniz! LİNK Qeydiyyat üçün son tarix: 13.06.2021

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 313
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 732
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 376
Xaricdə təhsil almaq...