Bazar ertəsi, 12 May, 2025

TKTA xarici diplomların tanınması zamanı tətbiq olunan yanaşmaya dəyişiklik edib


  • Dərc edildi: 16 Noyabr, 2021 - 09:12
TKTA xarici diplomların tanınması zamanı tətbiq olunan yanaşmaya dəyişiklik edib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi“Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında” Konvensiyanın prinsiplərini, o cümlədən, bu mövzuda qabaqcıl dünya ölkələrinin praktikasını nəzərə alaraqxarici diplomların tanınması məqsədilə həyata keçirilən ekspertiza çərçivəsində tətbiq olunan yanaşmaya dəyişiklik edib.   Dəyişikliyə əsasən şəxsin magistraturasəviyyəsindəyiyələndiyi ixtisasla onun bakalavriatsəviyyəsindəəldə etdiyi ixtisas arasında uyğunluğun gözlənilməsi zəruri hesab edilməy�

�cək. Yəni bakalavriat səviyyəsində bir ixtisasa yiyələnmiş tələbələr öz təhsillərinixarici dövlətdəfərqli ixtisas sahəsi üzrə davam etdirəcəkləri təqdirdə diplomlarının ölkə ərazisində tanınmasında problem yaranmayacaq.   Beləliklə, yeniyanaşmaya uyğun olaraq bugünə kimi yuxarıda qeyd olunan səbəbdən xarici diplomlarının ölkə ərazisində tanınmasından imtina olunmuş vətəndaşlar qəbul edilmiş qərara yenidən baxılması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə yeni ərizə ilə müraciət edə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 325
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 754
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 388
Xaricdə təhsil almaq...