Bazar, 11 May, 2025

“Tibb elmləri və innovasiyalar” mövzusunda IV Beynəlxalq Konqres


  • Dərc edildi: 24 İyun, 2021 - 13:36
“Tibb elmləri və innovasiyalar” mövzusunda IV Beynəlxalq Konqres

TürkiyəRespublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutu (İKSAD),AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi və bölmənin strukturunda fəaliyyət göstərən Molekulyar Biologiya və Biotexnologiyalar, Genetik Ehtiyatlar və akademik Abdulla Qarayev adına Fiziologiya institutlarının təşkilatçılığı ilə5-6 iyul 2021-ci il tarixlərində AMEA-da onlayn formada “Tibb elmləri və innovasiyalar” mövzusunda IV Beynəlxalq Konqres (Uluslararası Sağlık Bilimleri ve İnovasyon Kongresi –https://www.healthforworld.org)keçiriləcək.

Konqresin fəxri sədri AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, sədri isə AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovadır.

Qeyd edək ki, İKSAD hər il Türkiyədə və dünyanın bir sıra digər ölkələrində (Ermənistan istisna olmaqla) müxtəlif elmi mövzulara həsr edilmiş beynəlxalq konfrans və simpoziumlar təşkil edir.

Bu günədək biologiya və tibb elmləri istiqamətinə aid 3 belə beynəlxalq tədbir dünyanın bir sıra ölkələrinin iştirakı ilə Türkiyədə böyük müvəffəqiyyətlə keçirilib.

Advertisement

Konqres haqqında geniş məlumat almaq üçün keçidlərdən (əsas sayt;mövzular;təqvim;yazı qaydaları) istifadə edə bilərsiniz.

Tezislər 25 iyun 2021-ci il tarixinə qədər [email protected] email ünvanına göndərilməlidir.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 317
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 738
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 381
Xaricdə təhsil almaq...