Şənbə, 10 May, 2025

"Texnoloq" vəzifəsi üzrə vakansiya


  • Admin:
  • | Dərc edildi: 9 İyul, 2021 - 14:54
"Texnoloq" vəzifəsi üzrə vakansiya

" Agrarco" MMC "Texnoloq" vəzifəsini tutmaq üçün təcrübəli namizədləri dəvət edir. İş yeri: Qusar r. Vəzifə öhdəlikləri: Yığım mövsümündə bağdan Soyuducu Anbara saxlanca göndərilmiş meyvələrin yığıma hazırlığının test edilməsi; Testlərin nəticəsinə əsasən yığım icazəsinin verilməsi; Məhsulların çeşid uyğunluğu, texniki göstəriciləri nəzərə alınmaqla saxlanca verilməsi; Kameralara məhsulların vaxtında yerləşdirilməsi və dərmanlanmasının təmini; Kameraların səmərəli istifadəsinin təşkili və enerji sərfiyyatının azaldılması; Soyuducu kameraların təyin edilmiş saxlanc şərtlərinin monitorinqi və məlumatların ötürülməsi; Kameralarda yerləşdirilmiş məhsulların vəziyyətinin standartlar çərçivəsində test edilməsi və hesabat hazırlanması; Kameralar və kamera koridorlarının təmiz saxlanılmasına, dezinfeksiya edilməsinə, mövsüm sonunda yuyulmasının təşkil edilməsi; Baş vermiş texniki və sistem nasazlıqlarının mühəndis ilə əlaqəli aradan qaldırılması; Qablaşdırma prosesində keyfiyyətə nəzarət işinin təşkili və testlərin həyata keçirilməsi. Tələblər: Aşağıdakı sahələr üzrə bilik və bacarıqlara malik olmalıdır: Məhsul çeşidlərinin texniki göstəriciləri; Məhsulun erkən və gec yığılarkən baş verə biləcək xəstəliklər; Sərtlik ölçən, etilen ölçən, yod testi, şəkər testi kimi avadanlıqlar ilə işləmə qaydası; Məhsul spesifikasiyalarına əsasən soyuducu anbarda saxlama şərtləri; Meyvələrdə baş verən xəstəliklər və onların dinamikası haqqında məlumatlılıq; Kimyəvi elementlərin meyvələrə təsiri; İlkin kompyüter bilikləri. Məsuliyyəti: Saxlancda olan məhsulların təyin olunmuş vaxtlarda test edilməsi və hesabat tutulmasına cavabdehdir; Qeyri iş vaxtlarında işıq mənbələrinin ayrılmasına və enerji sərfiyyatına cavabdehdir; Məxfi informasiyanın və şirkət sirlərinin saxlanmasına görə məsuliyyət daşıyır; Bu “Vəzifə təlimatı” ilə müəyyənləşdirilmiş vəzifələrin icra edilməsinə, SAK direktorunun əmr və tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə görəməsuliyyət daşıyır; Təhvil–təslim aktı və ya maddi məsuliyyət müqaviləsi iləonatəqdim olunmuş inventara və məhsula görə məsuliyyət daşıyır; Əmək intizamına və müəssisə daxili intizam qaydalarına əməl etməlidir; Digər öhdəliklər: Əmlak təhlükəsizliyi, ilkin tibbi yardım, yanğın və fövqəladə hal prosedurları ilə tanış olmaq və avadanlığı təhlükəsiz və düşüncəli tərzdə istismar etmək; Təhlükəli vəziyyətin aradan qaldırılması üçün tədbir görmək və aidiyyəti şəxslərə potensial təhlükələr haqqında məlumat vermək. Qanunvericilik və təşkilatdaxili prosedurların tələblərinə riayət etmək; Geyim kodeksi tələblərinə, xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartlara riayət etmək; Peşəkar iş münasibətləri çərçivəsində fəaliyyət göstərmək; Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək; Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) müvafiq başlıq altında[email protected]ünvanına göndərilməsi xahiş olunur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 313
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 728
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 375
Xaricdə təhsil almaq...