"Test və Dəstək Mütəxəssisi" vəzifəsi üçün aşağıdakı bacarıqlara sahib gənc təcrübəçilər axtarırıq. Təcrübə proqramını uğurla başa vuran namizədlərə iş təklifi ediləcək. Maraqlananlar CV formalarını[email protected]e-poçt adresinə "Test & Support Specialist Intern" başlığı ilə göndərə bilərlər. Görüləcək işlər: - Müştərilərin sorğularının qəbul olumması, yerinə yetirilməsi və tamamlanması. - Davam etməkdə olan layihələrdə dəstək və texniki tapşırıqların icrası. - Canlı və test mühitlərində texniki problemlərin araşdırılması, diaqnozu və aradan qaldırılması. - Müştərilərə vaxtında və dolğun şəkildə məlumatın bildirilməsi. - Sorğuların icrası zamanı, müəyyən olunmuş Xidmət Səviyyəsi Razılaşmalarına (Service Level Agreements) əməl oluması. - Test planlarının yazılması, icraatı, biznes tələblərinə və texniki tapşırığa uyğunluğunu yoxlamaq. Tələb olunur: - Orta səviyyə (intermediate) İngilis dili bacarığı. - İnformasiya və biznes idareetmə sistemləri haqda tanışlıq. - SQL biliyi (junior-intermediate). - Müştərilərdə problemlərin araşdırılması zamanı analitik və həllə yönəli düşünmə bacarığı. - Araşdırılan problemlərə müvafiq çevik həll təklif etmək və sürətli düşünmə bacarığı. - Həm şirkət səviyyəsində həm də fərdi şəkildə yüksək səviyyəli yazılı və şifahi ünsiyyət. - Komandada işləməyi bacarmaq, həvəsli və enerjili. Üstünlük veriləcək: - ERP və BİS sistemləri ilə təcrübəsi olanlara - Texniki sahə üzrə bakalavr dərəcəsi olan və ya hazırda bu sahə üzrə təhsil alanlara - Test avtomatlaşdırması və əl ilə testlərdə təcrübəsi və ya biliyi olanlara - Ümumən proqramlaşdırma və tətbiqlərin işləyişini başa düşən və ya təcrübəsi olanlara __________________________________________________________________________________________________________
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb