Tələbəliyin son günlərini əyləncə ilə yola salmaq istəyirsiniz? Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən təşkil olunan “ConGRADtulations Party” 3 fərqli gün, 3 fərqli formatda, hər biri 250 iştirakçı ilə baş tutacaq: 5 iyul saat 18:00-23:00 - Mars Day (İctimai fəallığı ilə seçilən bütün kurs (birinci və sonuncu kurslar da daxil olmaqla hər bir tələbə və məzunlar üçün) 6 iyul saat 18:00-23:00 - Jupiter Day (TGT komandasında fəal olmuş məzunlar üçün) 7 iyul saat 18:00-23:00 - Saturn Day (Gənclərlə iş sahəsində fəallığı ilə seçilən məzunlar üçün) QEYD 1: Partidə iştirak hüququna malik olmaq üçün COVID Pasportu (3 doza; 2-ci dozadan 6 ay keçməyibsə, 2 doza vaksin) və ya immunitet sertifikatı mütləqdir. QEYD 2: Yalnız 5 iyul tarixində məzunlarla yanaşı sosial aktiv bütün kurs (birinci və sonuncu kurslar daxil olmaqla) tələbələr də iştirak hüququna malikdir. Müraciət üçün link: https://forms.gle/mzqY4eHuDU4pBKiXA Son müraciət tarixi hər keçiriləcək tarixdən 2 gün öncədir. Hər bir partinin keçiriləcəyi məkan: The Orange Grove (Yay terrası - açıq hava) Qeyd : Partilərdə iştirak tamamilə ÖDƏNİŞSİZDİR!
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb